10 yaşda ərə verildi, 13 yaşda ana oldu, 14 yaşda dul qaldı
22 yanvar 2014
38 yaşlı Alemstaye Qebrekidan Efiopiyada yaşayırdı. O, 10 yaşı olanda 16 yaşındakı yeniyetməyə ərə verilmişdi.
Efiopiyadakı vətəndaş müharibəsində döyüşlərdən birində əri həlak olan A.Qebrekidan o vaxt artıq 2 yaşlı oğul anası idi. Çünki Alemstaye 13 yaşda hamilə qalmışdı.
A.Qebrekidan indi Londonda yaşayır və dünyanın müxtəlif ölkələrində yetkinlik yaşına çatmamış şəxslərin erkən nikahlarına qarşı mübarizə aparan beynəlxalq təşkilatda çalışır.