Müəllim fəaliyyətim



Keçirtdiyim yarışlar,tədbirlər və onların sənədləri:  

Bu gün  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin birgə dəstəyi, Lənkəran Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhər 4№ li HTML-nin idman zalında "VOLEYBOL" VƏ "BASKETBOL" idman oyunlarl üzrə 12 noyabr "KONSTİTUSİYA GÜNÜ"- nə həsr olunmuş Rayon birinciliyinin final mərhələsi keçirildi. I,II yerləri Voleybol üzrə 4 və 9 №li , Basketbol üzrə isə 7və 2 №li məktəblərin komandaları bölüşdürdülər. Qalib komandalar və onların məşqçi- müəllimləri Təhsil Nazirliyi ilə Bədən Tərbiyəsi və İdman mərkəzinin diplomları ilə mükafatlandırıldı.  Uğurlarınıza sevinir, təbrik edir və gələcək fəaliyyətinizdə yenilərini diləyirik. 
12 noyabr 2015 ci il



9 noyabr "Bayarağ günü" münasibəti ilə 4№li HTML-nin idman zalında iptidai sinif şagirdləri arasında  "Şənstartlar" üzrə yarış keçirildi. Yarışda qalib komandalar məktəb rəhbərliyi tərəfindən kubokla mükafatlandırıldı 
9 noyabr 2015 ci il












M.Tağıyevanın rəhbərliyi  və yüksək təşkilatçılığının nəticəsi olaraq Lənkəran şəhər 4№ li HTML-n  komandası rayonda keçirilən 


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN anadan olmasının  92 ci il dönümünə həsr olunmuş "ŞAHMAT" idman oyunu üzrə rayon birinciliyi yarışının  qalibi oldu.
  Yarışın həm qızlar həmdə oğlan komandalarına  aid olan I yerlərin  diplom və kuboklarını, məktəbə gətirdi.   

19 -25 may 2015 ci il Lənkəra




Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi məqsədi ilə məktəbin akt zalında və kitabxanasında  Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat və döyüş yoluna həsr olunmuş "Qəhrəmanlıq salnaməsi" adlı tədbir və inşa yazı müsabiqəsi keçirildi. Tədbirdə şagirdlərə qəhrəmanın həyat və döyüş yoluna həsr olunmuş filim təqdim olundu, vətənpərvərlik haqqında diskusiya aparıldı. Sonra inşa yazı müsabiqəsinə start verildi.
Qaliblər tədbirin təşkilatçıları tərəfindən hədiyyələrlə mükafatlandırıldı
Tədbir Məktəbin Fiziki tərbiyə fənni  üzrə rəhbəri M.Tağıyeva, Hərbi rəhbər H.Məmmədov və Kitabxana rəhbəri  Zahidə xanım tərəfindən hazırlandı
7-8 fevral 2015 ci il
                                          

 "Voleybol" idman oyunu  üzrə Lənkəran rayon birinciliyi. 
Yarış Bakı Təhsil İdman Mərkəzi və Rayon Təhsil Şöbəsinin rəhbərliyi və təşkilatçılığı ilə həyata keçirildi
 Rəhbərliyim altında  məktəbimizin "Voleybol"üzrə yığma komandası    II yerin  mükafatına layiq görüldü.

Lənkəran  2015

 



       "Novruz" bayramına   həsr olunan İdman festivalı.                                 Məktəbin həyatyani sahəsi                            19 mart 2015 ci il
 
 



 
 



 


 




 "Voleybol" idman oyunu  üzrə Lənkəran rayon birinciliyi
                                    25 yanvar 2014 ci il   9 saylı məktəbin idman zalı

Məktəbin idman rəhbəri M.Tağıyevanın və müəllimi    M. Babayevin təşkilatçılığı əsasında məktəbimizin  (4№ li HTML)   oğlanlardan ibarət yığma     komandası  bu yarışın qalibi olaraq  II yerə layiq görüldü.  Qalib komandalar  yarış rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı. 


            


 
                                 
Məktəbdə dərsdən sonra keçirilən "Basketbol" idman oyunu üzrə məşğələlərdən fraqmentlər











 

                              


   31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü"             münasibəti ilə  "Basketbol" idman oyunu üzrə məktə
birinciliyi.
  25-27 dekabr 2013 cü il  4№ li HTML-n  idman zalı

    Yarışın əsas məqsədi
-   31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" nü təntənə ilə qeyd etmək;
-   şagirdlərə "basketbol" idman oyununu  sevdirmək;
-   məktəbin yığma komandasını təkmilləşdirmək;
-   rayon yarışlarında onların iştirakını təmin etmək; 
-   şagirdlərin asudə vaxtlarını səmərəli  təşkil etmək


      

Yarış yüksək əhval ruhiyə  şəraitində  keçdi. Qalib   komandalar Fənbirləşmə sədri və Məktəb rəhbərliyi tərəfindən müafatlandırıldı.
    







31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü" münasibəti ilə  "Basketbol" idman oyunu üzrə  oğlanlar arasında Rayon  birinciliyi.
28-30 dekabr 2013 Lənkəran
  Məktəbin oğlanlardan ibarət yığma komandası  rayon yarışının qalibi olaraq birinci yerə layiq görüldü





9 noyabr - "Milli bayraq günü" dür

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
   1918-ci il mayın 28-də Azərbaycan öz müstəqilliyini elan etdi, bununla Şərqdə ilk demokratik dövlətin əsası qoyuldu. Bu uzun sürən bir mübarizənin məntiqi sonluğu - əsl qələbə idi!
    Azərbaycan Xalq Cümhuriyyəti tezliklə demokratik islahatlara başladı. Azərbaycanın 3 rəngli bayrağı, gerbi, dövlət himni qəbul olundu.
     Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 21-də verilib. Həmin qərara əsasən, Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ aypara və qırmızı fonda ağ səkkizguşəli ulduzun təsviri verilmiş bayraq kimi hazırlanmalı idi. Qırmızı rəng qanlar bahasına alınmış Azadlığın, Hürriyyətin anlamı idi. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. 

      Azərbaycan Xalq Cümhuriyyəti Bakıda fəaliyyətə başlayandan az keçmədi ki, bayraq haqqında ikinci qərar qəbul edildi. 9 noyabr 1918-ci il tarixli “Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları” dəftərində Nazirlər Şurası sədrinin milli bayraq haqqında məruzəsi və qəbul olunmuş qərar qeyd olunub: “Qərara alındı - yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq - milli bayraq hesab edilsin”.
   “Bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur”. Bunu Azərbaycan Milli Qurtuluş Hərəkatının ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında demişdi.
    İlk dəfə üçrəngli bayraq ideyasını Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirib.
     Məhəmməd Əmin Rəsulzadə Fondunun rəhbəri Nəsiman Yaqublu qeyd edir ki, bu bayrağa qədər Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu formalaşmışdı
:

    “Yaşıl rəng bizim islam ümmətinə aid olmağımıza işarə vuran rəngdir. Bu, islam mənəviyyatına, islam dininə bağlılığımızı göstərir. Bunu ideya kimi ortalığa qoyan isə Əli bəy Hüseynzadə olub. İslamçılıq ideologiyasının simvolu kimi bu rəng vardı, amma bunu siyasi bir düstur halına gətirən Əli bəy Hüseynzadə olub””.
    Bayrağımızın rənglərinin ifadə etdiyi bu fikirlər, bu ideyalar müxtəlif vaxtlarda bir-birindən asılı olaraq qabarıb. Yəni 20-ci əsrin əvvəllərində türkçülük qabarıb. Ona qədərsə müsəlmançılıq. Məsələn, böyük Şərq mütəfəkkiri Şeyx Cəmaləddin Əfqanidə müsəlmançılıq daha çox özünü büruzə verirdi. Amma 20-ci əsrin əvvəllərində türkçülüyü ortaya qoydular. Bir qədər keçəndən sonra isə Rəsulzadə müasirləşməni önə çəkdi. Çünki gördü ki, millət geri qalır, savadsızdır, cəhalət içindədir. Və irəli getməyi, müasirləşməyi bir fikir kimi ortalığa atdı. Bu bayrağımızın rəngləri sadəcə rənglər deyil, həm də Azərbaycan xalqının inkişaf tarixidir. Bir millət olaraq özünü tanıma tarixidir”.
    Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur və bu gün iş günü sayılmır.

12 noyabr "Konstitusiya"  günü  münasibəti ilə  ıx-xı siniflər arasında "Voleybol" idman oyunu 
                                  üzrə  məktəb birinciliyi                                                    
 6-7  noyabr 2013 cü il  4№ li məktəbin idman zalı  
                    
    Yarışın əsas məqsədi:
- "Konstitusiya" gününi qeyd etmək;
- "Voleybol" idman növünün kütləviliyinə və təbliğinə nail olmaq;
- Perespektivli idmançılar  aşkar edərək oğlanlardan ibarət məktəbin yığma    komandasını təşkil etmək;
- yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək.


 



                                                                         

 
   Göründüyü kimi yarış çox yüksək səviyyədə kecdi.  Yarışda 70 nəfərə yaxın şagird öz bacarığını nümayiş etdirdi. Qalib komandalar diplom  və  kubokla mükafatlandırıldı. Beləliklə oyun nəticəsində lazım olan məqsədə  nail olduq  və məktəbin oğlanlardan ibarət mükəmməl bir komandasını təşkil etdik. Bu göstərdikləri nəticələrə görə gənclərimizi təbrik edir və gələcək yarışlarda uğurlar diləyirik


12 noyabr "Konstitusiya"  günü  münasibəti ilə   "Voleybol" idman oyunu üzrə rayon birinciliyi 
9-10 noyabr 2013 cü il
Tağıyeva Məlahətin rəhbərliyi,  Babayev Məmmədqulunun təşkilatçılığı əsasında məktəbimizin (4№ li məktəbin) "Voleybol"  komandası yarışda yüksək səviyyədə iştirak edərək  II  yerə  sahib oldu. Rayon  təhsil şöbəsi tərəfindən qalib komandalara  diplom  təqdim olundu.



15-16 oktyabr müqəddəs "Qurban" Bayramıdır
    Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu
Hicrinin  (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, yuxuda  Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq  üçün) əmr  edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə  ona qəlbən  yaxın və sadiq olduğunu sübut etmək  və oğlu İsmayılı qurban kəsməyə  hazır idi. Lakin uca  Allah  bunu  öz elçisinə rəva bilmədi və qurbanlıq  üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox   sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində  iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı  yada salıb, yaxşı  zamanlarda  Onu unutmaq  insanlara yaraşan hərəkət deyil!
Bu rəvayətin başqa bir fəlsəfi-əxlaqi mənası ondan ibarətdir ki, İslamda insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. İslama qədər bir çox dinlərdə insanları qurban vermə ayinlərinə rast gəlmək mümkündür. Məsələn, atəşpərəstlər insanı odda yandırırdılar. Onlar bu yolla Allaha yaxın olduqlarını göstərirdilər. Qədim Çində də insanları tanrılara qurban vermək adəti var idi. Bu ölkədə təbii fəlakətlərdən, daşqınlardan hifz olunmaq üçün uşaqları suya atırdılar.
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində o cümlədən Azərbaycanda da  təmtəraqla qeyd olunur.
 Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

QURBANLARINIZ ŞAHİDİNİZ, BAYRAMINIZ İSƏ MÜBARƏK OLSUN
Seçki hüququ
Seçki hüququ - söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ və s. bu kimi siyasi hüquqların sırasına aid edilməklə, bütövlükdə siyasi hüquqların rüşeymi hesab olunur. Siyasi hüquqlar, xüsusilə seçki hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında ən vacib və maraq doğuran hüquq kimi daima diqqət çəkmişdir. “İnsan hüququları haqqında ümumi Bəyannamə”(1948), “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt (1966), “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası (1951) kimi beynəlxalq-hüquqi sənədlərin qəbulu nəticəsində hazırda dünyanın sivil dövlətlərində seçki hüququna yanaşma birmənalıdır:
Seçki - xalqın suverenliyinin, iradəsinin ifadəsi olub, hakimiyyəti legitimləşdirir. “Hakimiyyətin mənbəyi xalqdır” prinsipi seçki hüququnun şəffaf realizəsinə dayanır.
Elə bu səbəbdən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin preambulasında təsbit olunub ki, “Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahürünü tapır”.
Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, kimlərin seçki hüququ var?
Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsinə əsasən: “Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər.”
Yəni 18 yaşı tamam olmuş və fəaliyyət qabiliyyətli bütün – həm ölkəmizin ərazisində, həm də ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının aktiv seçki hüququ tanınır.
Azərbaycan Respublikası vətəndaşlarının seçkilərdə iştirakı azad və könüllüdür. Seçkilərdə iştirak edib-etməməyə məcbur etmək məqsədi ilə heç kəsin Azərbaycan Respublikası vətəndaşına təzyiq göstərmək hüququ yoxdur və heç kəs onun öz iradəsini azad ifadə etməsinə mane ola bilməz.
Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Respublikası vətəndaşları da ümumi, bərabər və birbaşa seçki hüququna malikdirlər.
Ümumi seçki hüququna əsasən, Azərbaycan Respublikasının vətəndaşları heç bir ayrı-seçkilik olmadan, yəni irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birlilərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq seçmək, seçilmək və referendumda iştirak etmək hüququna malikdirlər.
Bərabər seçki hüququna əsasən, vətəndaşlar bərabər əsaslarla seçkilərdə iştirak edirlər. “Bir vətəndaş – bir səs” qaydasına uyğun olaraq, hər vətəndaş bir səsə malik olur. Vətəndaşların hər birinin səsi eyni hüquqi qüvvəyə malikdir.
Birbaşa seçki hüququna əsasən, hər bir vətəndaş səsvermədə birbaşa iştirak edib şəxsən səs verməlidir. Başqa şəxslərin yerinə səs vermək qadağandır. Seçki senzlərinə gəldikdə, aktiv seçki hüququ ilə bağlı yaş məhdudiyyəti 18 yaş müəyyən olunmuşdur.
Xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları seçkilərdə necə iştirak edə bilərlər?
Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan vətəndaşlarımız seçkilərdə aktiv seçki hüquqlarını təbii ki, yaşadıqları xarici ölkədə akkreditə olunmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu vasitəsilə həyata keçirə bilərlər.
Belə ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsul idarələri seçkilərin və referendumun keçirilməsi zamanı Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının – seçicilərin seçki və referendumda iştirak hüququnun həyata keçirilməsinə kömək göstərirlər.
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin rəhbərləri tərəfindən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olduqda səsvermə gününə azı 30 gün qalmış seçki məntəqələri yaradılır. Bu cür seçki məntəqələri səsvermə günü xarici dövlətlərdə olan seçicilərin səs verməsi və səslərinin hesablanmasını təmin etmiş olur.
Ümumiyyətlə, Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlarımızla və xarici ölkələrdə yaşayan vətəndaşlarımızın seçkilərdə iştirakı qaydalarında müəyyən fərqli incəliklər mövcuddur.
Səsvermə günü xarici dövlətdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində Seçki Məcəlləsinin 35.6-cı maddəsinə uyğun olaraq seçki məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan Respublikasının vətəndaşları səsvermədə iştirak etmirlər.
Bundan əlavə, Seçki Məcəlləsinin 16.5-ci maddəsinə əsasən, səsvermə günü xarici ölkələrdə olan Azərbaycan Respublikasının vətəndaşları üçün Milli Məclisin deputatlarının və bələdiyyə üzvlərinin seçkiləri üzrə səsvermə keçirilmir. Beləliklə, xarici ölkələrdə yaşayan vətəndaşlarımız yalnız Azərbaycan Respublikasının Prezident seçkilərində və ümumxalq səsvermə-referendumda iştirak edə bilərlər.
Seçkidə iştirak üçün Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi yoxsa Azərbaycan Respublikasının pasportu istifadə edilir?
Bildiyimiz kimi, seçki hüququnu həyata keçirmək üçün təkcə bu hüquqa malik olmaq kifayət deyildir və bütövlükdə proseslə bağlı qanunvericiliyin tələblərinə riayət etmək gərəkdir. Bu səbəbdən ABŞ-da yaşayan vətəndaşlarımızın 2013-cü ilin 9 oktyabr tarixində keçiriləcək Azərbaycan Respublikası Prezident seçkilərində iştirak qaydaları ilə bağlı məlumatlandırılmasını vacib hesab edirik.
Bildiyimiz kimi, xarici ölkələrdə yaşayan vətəndaşlarımızın şəxsiyyətini və vətəndaşlığını təsdiq edən əsas sənəd Azərbaycan Respublikası vətəndaşının pasportu hesab olunur. Bu səbəbdən əgər ölkəmizin ərazisində vətəndaşlarımız seçici siyahılarına şəxsiyyət vəsiqələri əsasında daxil edilirlərsə, aktiv seçki hüququna malik olan vətəndaşlarımız Azərbaycan Respublikası hüdudlarından kənarda səsvermə zamanı aşağıdakı sənədlərdən birini istifadə edirlər:
  • Ümumvətəndaş pasportu;
  • Xidməti pasport;
  • Diplomatik pasport.
 Beynəlxalq Müəllimlər günü

            5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.  5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Hal-hazırda dünyanın 100-dən çox ölkəsində 5 oktyabr tarixi “Müəllimlər günü” kimi ümumdünya səviyyəsində qeyd olunur. 1993-cü ildən başlayaraq “Müəllimlər günü” ölkəmizdə də qeyd olunur. Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. Fədakar əmək və peşə sahibi olan müəllim əməyindən, onların şərəfli və gərəkli işindən antik yunan filosoflarından tutmuş zəmanəmizə qədər görkəmli mütəfəkkirlər, ədiblər, elm və dövlət xadimləri qiymətli fikirlər söyləmiş, onların fəaliyyətindən bəhs edən əsərlər yaratmışlar. Həyatı məhz müəlliminin ona bəxş etdiyini deyən Makedoniyalı İsgəndər, alimin mürəkkəbini şəhidin qanına bərabər tutan , başqalarına elm öyrətməyi dini vacibatlarından üstün qiymətləndirən ulu peyğəmbərimiz Məhəmməd (s.a.v.), ona bir hərif öyrədənin qulu olmağa hazır olduğunu bildirən Həzrəti Əli, müəllimi Günəşə bənzədən Nizami Gəncəvi, onu ruhani ata hesab edən Nəsirəddin Tusi, müəllimi camaatın çırağı adlandıran Firidun bəy Köçərli, bəşəriyyətin müəllimsiz keçinə bilmədiyini dəyən Sultan Məcid Qənizadə, “Cəmiyyətin düşməni cəhalət, cəhalətin düşməni müəllimlərdir” deyən Mustafa Kamal Atatürk və nəhayət “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyən ulu öndərimiz Heydər Əliyev.


 "Futbol" idman oyunu üzrə    Qızlar arasında “Yeniyetmələrin dünya çempionatı”

 






         22 sentyabr 13 oktyabr  2012 ci il  tarixlərində kecirilməsi nəzərdə tutulan  qızlar arasında  Futbol idman oyunu üzrə “Yeniyetmələrin dünya çempionatı”na   Azərbaycanda start verildi.Yarışda 16 olkə kommandalarından 17 yaşadək  qızlar iştirak edirdi. Açılış mərasimləri respublikamızın paytaxtından  oldu. Amma digər    ən böyük rayonlarmızdad  Top Top qızla görüşlər və konsert proqramları  həyata keçirildi. Onlardan biridə Lənkəran şəhəri oldu. 
Açılış mərasimi yeniyetmələrin marağına səbəb oldu.Çünki onlar bir başa top top qızla yaxından tanış oldular.  Arenamızda İlk oyunumuz    

“B” qrupuda
Fransa - ABŞ 15:00. Lənkəran. Şəhər stadionu. Baş hakim - Klaudia Umperez  (Uruqvay)  Komandaları ilə baş tutdu.   
Oyun çox maraqlı kecdi və hər birimizə xoş təsürat bağışladı. İkinci oyun  isə   yığma komandamız ilə Nigeriya arasında oldu.  Amma bu oyun bizi çox məyus etdi. 11-0  hesabı ilə komndamız məğlub oldu.    Bütün bunlara baxmayaraq  azarkeşlər qızlarımızı oyunun sonunadək dəstəklədi.


  Bizim qazancımız isə şagirdlərimizin Respublikamızda və rayonumuzda keçirilən  dünya çempionatında  iştirakını təmin etmək oldu. Yüksək səviyyədə keçirilən bu yarış yeniyetmələrimizi vətənpərvər olmağa çağırdı  və dünyaya baxışlarının təkmilləşdirilməsinə  səbəb oldu.

15  sentyabr -  Azərbaycanda "Bilik Günü"dür.

        2004-cü il avqustun 21-də Azərbaycan Prezidenti İlham Əliyev ölkənin təhsil müəssisələrində təlimin
keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb. “Azərbaycan  Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən, ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik günü" elan edilir.
Bilik günü- ilk zəng, ilk həyəcan, hər tərəfdə gül-çiçək,  ağ lentlər və təbii ki, adəti üzrə sülh, birlik haqqında dərslər. Bu gün,məktəb həyatına  ilkdəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür..
  15 sentyabr  öncə şagirdlər, tələbələr,müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs  üçün yeni tədris  ilinin başlandığıni qeyd etdikləri   bayram günüdür.
  Hər il olduğu kilmi, cari tədris ilində də  liseyimizin   kollektivi Bilik Gününü böyük  təntənə ilə qarşıladı. Buna  səbəb  liseyimizin məznunlarının yüksək göztəricilərlə ali məktəblərə daxil olması, doğma liseyin adını daha da yüksəklərə ucaltmasıdır.
   Bu gün bura toplaşan hər kəsin üzündə əsl bayram əhval-ruhiyyəsi duyulurdu.  Hətta  liseyə  təzə qəbul olunmuş  birincilər də  belə  həyəcan hiss olunmurdu. Çünki onlar bilirdilər ki, bu gündən mehriban bir ailəyə üzv olurlar.
  Tədbirdə liseyimizin  müəllimləri və   iştirak edən  qonaqlar  yeni  tədris ilinə başlayan şagirdlərə  ünvanlanan, xoş arzularla dolu çıxışlar etdilər.
  Tədbirin sonunda liseyin direktoru  Y.Əskərova  cıxış edərək  hamını “ Bilik Günü” münasibəti  ilə təbrik etdi, yeni dərs ilində hamıya uğurlar dilədi.  Səslənən  zəng  şagirləri, təkcə  sinif otaqlarına deyil, gələcəkdə  qazanacaqları  uğurlara doğru  apard
BİLİK GÜNÜNÜZ MÜBARƏK 

AVROPA İTTİFAQI, SAVE THE CİLDREN, MÜASİR TƏHSİL VƏ TƏDRİSƏ YARDIM mərkəzinin maliyyə və təşkilatı dəstəyi ilə 2010 cu ilin dekabr ayından 2012 ci        ilin may ayına dək               Lənkəran şəhərində  "UŞAQDAN UŞAĞA" başlığı altında layihə həyata keçirildi. Təlimçi kimi fəaliyyət göstərdiyim bu  Layihənin əsas məqsədi yeniyetmə və gəncləri öz hüquqlarını bilməsi ilə bağlı maarifləndirmək,  fiziki çəhətdən qüsurlu uşaqlarla birbaşa təmasda olmaq üçün "AYRI SEÇKİLİYƏ" son qoymağı onlara başa salmaq idi.                                                               Layihəmizi Lənkəran şəhərində yerləşən "YARDIMÇI İNTERNAT" məktəbinin şagirdləri ilə əlaqələri möhkəmləndirmək məqsədi ilə  məktəbimizin (4№li HTML-n) şagirləri tərəfindən hazırladığımız konsert proqramı ilə başa vurduq 


      



Ümümtəhsil məktəb komandalarının "Şahmat" intelektual oyunu üzrə Lənkəran rayon birirnciliyi
12-20 mart 2012 ci il
Qeyd olunan yarışda  4 № li HTML-nin  I dərəcəli şahmatçıları oyunların həm qızlar həmdə oğlanlar üzrə Diplom və kuboklarının sahibi oldular






                        

                                                              

                           

     8 Mart Beynəlxalq qadınlar gününə həsr olunmuş qızlardan ibarət orta məktəb komandaları arasında "Futbol"  idman növü üzrə rayon turniri                                     Lənkəran 05-08 mart 2012 ci il
        Məktəbimizin (4 № li HTML) qızlardan ibarət yığma komandası bu yarışda yüksək səviyyədə iştirak edərək III yerə layiq görüldü







   4№ li HTML-nin idman zalında "Xocalı Soyqrımı"  qurbanlarının   xatirəsinə həsr olunan "Tir atıcılığı"  üzrə Müəllim və şagirdlər arasında məktəb birinciliyi   keçirildi.      26 - 27 fevral 2012 ci il























                                                                  


Yarış məktəbin idman  və hərbi rəhbəri  tərəfindən hazırlanaraq həyata keçirildi. Yarışın məqsədi şagirdlərin  hərbi vətənpərvər ruhda tərbiyəsini inkişaf etdirmək və  onların gələcəkdə hər an vətənin müdafiəsinə hazırlığına nail olmaq. 



İki dəfə Sovet İttifaqı Qəhrəmanı Tank Qoşunları General Mayoru Həzi Əhəd oğlu Aslanovun doğum gününə həsr olunan "Dama" stolüstü oyunu üzrə məktəb birinciliyi.  

Yarış məktəbin Fiziki tərbiyə fənni üzrə rəhbər və müəlimi Məlahət Tağıyeva tərəfindən yüksək səviyyədə hazırlanıb həyata  keşirildi. Yarışda I, II və III yeri tutan oyunçular məktəb rəhbərliyi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırıldı

21-22 yanvar 2011 ci il