Gənclər

  Gənclər Siyasəti ilə bağlı gördüyüm işlər keçirtdiyim yarışlar və tədbirlər

     Lənkəran Şəhər Gənclər və İdman  idarəsində rəis müavini vəzifəsində calışarkən aşağadakı tədbirləri yüksək səviyyədə hazırlayıb həyata keçirilməsinə nail olmuşam 
 “Azərbaycan Gəncliyi Dövlət proqramı  (2005-2009 cu illər)” nın  icrasını yüksək səviyyədə həyata keçirtmək məqsədi ilə Şəhər Gənclər və İdman idarəsi uşaq və gənclərin hərtərəfli inkişafını, problemlərinin həlli yolarını, hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, gəncləri vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyaviçilik prinsipləri əsasında dövlət dilinə və rəmzlərinə hörmət rühünda tərbiyə etməyi əsas istiqamət kimi müəyyənləşdirir. 
Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi baxımından bir çox tədbirlər  dəyirmi masalar, disskusiyalar təşkil edərək həyata keçirir
 Təkcə "Cəsurlar", "Şahin", "Sərhəd"  hərbi- idman və turizim oyunlarının hazırlanıb həyata  keçirilməsi üçün şəhər  təhsil şöbəsini, Gənclər və idman idarəsini, müqavilə bağlanılan hərbi hissəni, orta məktəblərin şagird və müəllim heyyətini səfərbər edir. Buda yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına yardım edir və hərbi xidmətə  həvəsləndirir.


    "Gənclər ili "  çərçivəsində "Narkomaniyaya qarşı mübarizə mənəviyyatın xilası deməkdir" 

devizi altında  tədbirlər həyata keçirildi. Bu tədbirlərdən biri də  1 fevral 2007-ci il tarixdə Lənkəran Dövlət Universitetinin böyuk akt zalında 400 nəfər gəncin  və bir cox aidiyyatı orqanların nümayəndələrinin  iştirakı ilə  “Narkotik vasitələrin, psixator maddələrin, prekursorların, qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə “həsr olunmuş toplantı oldu.




  “26 iyun narkomaniya əleyhinə ümümdünya mübarizə gunu”nə həsr edilmiş “Narkomaniyaya yox deyək, sağlam həyat tərzi seçək” devizi altında gənclərin rəsm və əl işlərindən ibarət sərgi təşkil edildi. 










  Məqsədimiz İstedadlı gənclərin üzə çıxarılması,bacarığlarının inkişaf etdirilməsi  üçun əlverişli şəraitin yaradılması idi.  Bundan əlavə asudə vaxtın səmərəli  təşkili  ilə bağlı  "Yay düşərgəsi", diskotekalar, idman yarışları, şəhərin və respublikanın əyləncə, istirahət və görməli yerlərin də səyahət  təşkil olunmuşdur. Respublika gəncləri ilə birgə müxtəlif mövzularda keçirilən debatlar  və intelektual oyunlar da gənclərimizin iştirakı təmin olunmuşdur.








Şəhərin "Palıdlı"istirahət mərkəzində digər rayon gənclərinin iştirakı ilə "Yay məktəbi"  Layihəsi  həyata keçirdim. Bu layihədə respublikanın tanınmış şəxsləri ilə gənclərin görüşləri təşkil edilib gənclər də "Liderlik"                            qabliyyətini üzə çıxartmaq və inkişaf etdirmək üçün təlimlər keçirilib.                             

HİV / AİDS (İİV / QİÇS)  BAĞLI  TƏLİM
9 -11 OKTYABR 2006

 Bu təlim,  gəncləri  təlimləndirərək əhali arasında maarifləndirmə işinin  gücləndirilməsi məqsədi daşıyırdı     

Rayonda QİÇS-ə yoluxanların sayı bölgə üzrə göstəricinin üçdə ikisini təşkil edir.

HİV/AİDS üzrə  Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə təkcə 2007-ci il ərzində dünyada 2,5 milyon insan HİV-ə yoluxmuşdur və hal-hazırda dünyada HİV/AİDS-lə yaşayan insanların sayı 33,2 milyon təşkil edir. HİV/AİDS-li xəstələrin ömrünü uzadan antiretrovirus terapiyasının tətbiqi nəticəsində AİDS-dən vəfat edən insanların sayı son iki il ərzində azalmış və 2007-ci ildə 2,1 milyon nəfər təşkil etmişdir.
Aparılan tədbirlərin nəticəsində 2007-ci ildə 441 yeni HİV-ə yoluxma faktı qeydiyyata alınmışdır. Onlardan 437-i Azərbaycan vətəndaşı, 4 nəfəri xarici vətəndaşdır. Qeydiyyata alınmış 437 Azərbaycan vətəndaşının 382 nəfəri (87,4%) kişi, 55 nəfəri (12,6%) qadındır. 2007-ci ildə HİV-ə yoluxanların əsas hissəsini – 271 nəfər (62,0%) infeksion narkotiklərin istifadəçiləri təşkil etmişdir. 2007-ci ildə AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 48 nəfər olmuşdur.
Ümumilikdə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-2007-cı illər ərzində cəmi 1379 nəfər şəxsdə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 59-u əcnəbi, 1320-i isə Azərbaycan vətəndaşıdır.    
HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1117-i (84,6%) kişi, 203-ü (15,4%) qadındır. AİDS-dən dünyasını dəyişmiş vətəndaşların ümumi sayı 195 nəfər, AİDS mərhələsinə keçənlərin sayı isə 294 nəfər təşkil etmişdir.Ümumilikdə, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987- 2007-ci illər ərzində cəmi 1379 nəfər şəxsdə HİV-ə yoluxma faktı qeydə alınmışdır. Onlardan 59-u əcnəbi, 1320-i isə Azərbaycan vətəndaşıdır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1117-i (84,6%) kişi, 203-ü (15,4%) qadındır. AİDS-dən dünyasını dəyişmiş vətəndaşların ümumi sayı 195 nəfər, AİDS mərhələsinə keçənlərin sayı isə 294 nəfər təşkil etmişdir.

1320 nəfər HİV-ə yoluxmuş şəxsdən 209 nəfərinin (15,8%) Respublikadan kənarda yoluxduğu müəyyənləşdirilmişdir.
1320 nəfər HİV-ə yoluxmuş Respublika vətəndaşından 765-də (58,0 %) hepatit C, 135-də (10,2%) - hepatit B, 194-də (14,7%) - vərəm, 108-də (8,2%) - sifilis aşkar olunmuşdur.


2007-ci ildə Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri aparılmış, HİV-ə yoluxma yolları və ondan qorunma üsullarına, HİV – infeksiyasının diaqnostika və müalicəsinə dair maarifləndirici vəsaitlər nəşr edilərək yayılmışdır. Respublikada HİV/AİDS problemi üzrə fəaliyyət göstərən ictimai və beynəlxalq təşkilatlarla yaradılmış əməkdaşlıq əlaqələri daha da inkişaf etdirilir.
Lənkəranda QİÇS-dən ölənlərin sayı iki dəfə artıb 

Narkomaniyanın geniş yayıldığı Lənkəranda QİÇS-ə yoluxanlar arasında ölənlərin sayı iki dəfə artıb. Ümumiyyətlə, bu rayonda QİÇS-ə yoluxanların sayı bölgə üzrə göstəricinin təxminən üçdə ikisini təşkil edir.

  "Xəmsə " milli intellektual oyunu

    12 may 2007-ci iltarixində Lənkəran Dövlət Unversitetinin akt    zalında təşkil etdiyim "Xəmsə"  Milli İntelektual oyunu üzrə ilk dəfə Azərbaycan çempionatının zona seçim turu keçirildi. Zona seçim turunda Lankəran, Astara, Lerik, Masallı, Salyan, Cəlilabad, Neftçala, Bİləsuvar  və Yardımlı rayonlarından 16 komanda iştirak etdi. 
Çempionatın əsas məqsədi gənclərin intelektual səviyyəsinin, zehni inkişafının təmin edilməsində, intellektual oyunların gənclər arasında tətbiq olunmasından, eləcədə onların asudə vaxtlarının səmərəli təşkl edilməsində yeni üsulların tətbiq edilməsindən ibarət idi.


Amerika  səfəri necə başladı?


2007 ci ilin aprel ayında Lənkəran "Qala otelində"Gənclər İdman Nazirliyinin rəhbərliyi və idarə tərəfindən mənim təşkilatçılığımla rayonun məşqçi müəllimləri və gənclərinin iştirakı ilə "İcma Əlaqələri proqramı"nda" "Gənclər, Həvəskar İdman və Maraq Assosiyaları Mübadiləsi" adlı  seminar-treninq keçirildi. Bu seminar- tereninq də yüksək nəticə əldə etdiyimə görə ABŞ-ın  Azərbaycandakı səfirliyinin dəstəyi,  Gənclər İdman nazirliyinin təşəbbüsü  ilə    21 günlük ABŞ -ın 


Kaliforniya ştatına işgüzar səfərə  ezam olundum. Respublikanın müxtəlif şəhər və rayonlarından  11 nəfərlik komanda heyyətimizlə Kaliforniyanın bir neçə şəhərlərində idman, gənclər və icmalarla aparılan işlər və keçirilən  tədbirlərə  yaxından tanış olduq. Uşaq Yay düşərgələrinə getdik,  Olimpiya idman komplekslərində, futbol, Qolf meydançalarında, İdman cəmiyyətləri  və muzeyləri, yaradıcılıq mərkəzləri, Uşaq evləri, orta ibtidai təhsil məktəbləri  və hətta uşaq kaloniyalarında belə olduq.  Şahidi olduğumuz bir mənzərə bizi düşünüb araşdırmağa məcbur etdi.  Burada uşaqlar həbsxananın bir küncündə sıxılıb qalmış kimi deyil  böyük həyətyani sahədə  calışır, idmanla məşğul olur  sanki həbsxanada deyil, sanatoriyada müalicə alırmış kimi hərəkət edirdilər. Əgər təhsilləri yarımçıq qalmış şagirdlər varsa, burada onların təhsilini davam etdirmək üçün şərait yaradılır, Burada onlar həmçinin müxtəlif sənət və peşəyə yiyələnirlər.                                
 
Demək olar ki, onlar,  psixaloji  cəhətdən müalicə alır, təhsillə bağlı  geriliyi aradan qaldırır və   yararlı bir insan kimi normal  həyata qayıdırlar. 

   Yay düşərgələri də cox marağımızı çəkdi, düzdü dərs      vaxtı oldugü üçün burada 
 şagirdlərlə qarşılaşmadıq. 
Lakin düşərgənin həyətyani ərazisində və  foyelərində gəzərkən uşaqların gördüyü işlər, keçirtdikləri tədbirlər, valideyinsiz uşaqlara və uşaq evlərinə etdikləri yardımlarla yaxından  tanış ola bilirdik. Maraqlısı o idi ki, düşərgədə  istirahət edən uşaqlar özlərinin təşkil etdikləri müxtəlif  aksiyalar  vasitəsi ilə ehtiyacı olan həmyaşıdları üçün  yardım işlərini  həyata keçirdirlər. Adi bir misal, onlar hər hansı bir ticarət mərkəzi ilə əlaqə saxlayır ,insanların ən sevimli və tez tez istıfadə etdikləri bir şirniyatı oradan müvafiq qiymətə alır və satış qiymətinə əhaliyə satırlar. Buradan qalan mənfəətlərlə isə öz balaca və köməksiz dostlarına yardım edirlər.   Görürsüz,  balaca beyinlərin böyük ideyalarını,  necə maraqlıdır.   

  Yaşından asılı olmayaraq əhali arasında idmana maraq  çox böyükdür. Hər bir insan hansısa bir idman növü ilə mçəşğul olur. Hec olmasa öz sağlamlıqları və istirahətləri ücün idman zallarına gedir, fitnes klublarında məşğul olurlar.  Meydançaları çox  böyükdür. Futbol, Ameika 
         futbolu, beyiz bol və bunlar kimi  idman növlərinə  maraq daha böyükdür. Adi məktəblərinin həyatyani sahələri həm  böyük, həmdə idman avadablıqları, qaçış və maniə zolaqları ilə təmin  olunmuş vəziyyətdədir. Sanki hər hansı bir idman cəmiyyətinin həyətidir.  İnsanları səmimi, üzü gülər bir - birlərinə qarşı cox diqqətlidir.
  Cox yeyirlər, demək olarki hər bir təbəqəyə aid  yeməkxana, kafe, ailəvi yemək üçün restoranlar, xüsusi restoranlar coxluq təşkil   edir və ardıcıl olaraq  bir- birinə mane olmadan yan- yana düzülmüşdü.    Çox maraqlı səyahət etdik, yeniliklərlə tanış olduq.Tarixi  muzeylər,dəniz limanı və istirahət yerlərini də  yaddan çıxartmadıq. Sandiyeqo şəhəri, Los Anjeles, disney lan, məşurlar mərkəzi   ulduzlar meydanı və Hollywood dağına kimi. Bu səyahətimiz bizim həyatımızda böyük bir iz saldı. Qayıdıb gəldikdən sonra isə gördüklərimizi öz iş  təcrübəmizə tam olmasa da müəyyən dərəcədə həyata keçirməyə çalışırıq. Ümid edirəm ki,haçansa birdə Amerikaya yenidən səyahət edə biləcəm. Çünki, Amerika doğrudanda dünyanın  qutaracağı imiş.  


                                                                                                                                              
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 84- cü il dönümünə həsr olunmuş "Azərbaycanda demokratik islahatlarda və insan hüquqlarının təmin olunmasında gənclərin rolu" mövzusunda  ELMİ-PRAKTİK KONFRANS  04 may 2007 Qeyd olunan konfransın həm təkilatçısı həmdə iştirakçısı oldum

Növbəti ilin ELMİ-PRAKTİK KONFRANSI  isə  2008 - ci ilin  may ayının 6 da oldu. Bu artıq beynəlxalq konfrans idi. Burada Moskva Dövlət universitetinin professoru, tarix elmləri doktoru Aleksey Georgi Mixayloviç və Türkiyədən tarix elmləri doktoru professor Kemal Çiçek, Bülent Özdemir,  Bakıdan tarix elimləri doktorları, professorlar Anar İsgəndərov, Sani Hacıyev və digər professorlar   iştirak edirdilər. Bu konfransların həm mənim,  həm də gənclər üçün cox böyük əhəmiyyəti oldu. Yeni insanlar, dəyərli çıxışlar  və gənclərə məsləhətlər hamımızın ürəyincə oldu. İnanın  ki, gənclər bu konfransları tərk etmək istəmirdi. Gənclər bilirlər ki, belə konfransların onların həyatında böyük rolu və əhəmiyyəti var. 

     10 iyun  2008 -ci il  Azərbaycan Demokratik
Respublikasının yaranmasının 90 illiyi münasibəti ilə Lənkəran  Şəhər İcra hakimiyyətinin akt zalında   Milli məclisin deputatları ilə  Lənkəran gənclərinin  görüşü keçirildi. 

Görüşdə 7 nəfər deputat Şəhər icra hakimiyyətinin başçısı  və 100-ə  yaxın gənc iştirak etdi.  Maraqlı kecən görüşdə gəncləri əhatə edən bir sıra  məsələlərə toxunuldu, problemlərin  müzakirə edilərək həlli yolları araşdırıldı. Gəncləri narahat edən suallar cavablandırıldı. Bu görüşdə mənim geniş çıxışım özünə məxsusluğu ilə fərqləndi  və deyərdim ki hətta bəzilərini narahat belə etdi. Etdiyim çıxışın əsas məğzi, dəfələrlə belə görüşlərdə gənclərin qaldırdığı məsələlərə razılıq bildirilsədə, heç vaxt həllini tapmamsı ilə əlaqədar idi.  Ona görədə hörmətli millət vəkilləri mənim söylədiklərimdən bir az da olsa narahat oldular. Sonda söz verdilər ki, birdə belə hallar olmayacaq. 
 Onların arasında olan  Azərbaycan Respublikası  Gənclər Təşkilatları Milli  Şurasının sədri  millət vəkili  Fuad Muradov məni yəni Məlahət Tağıyevanı  bir həftəlik "Sağlam Həyat Tərzi və İdman" mözusu ilə bağlı  Nabranda  keçiriləcək  kursda iştirak etməyə dəvət etdi. Beləliklə görüş başa çatdı.

                      "Sağlam Həyat Tərzi və İdman "la bağlı 

Təlimçılər üçün Təlim kursu
 21-27 iyul 2008 -ci il  Bakı -Nabran


Bir həftəlik təlim kursunda sağlam həyat tərzi ilə bağlı aldığım  məlumatları daha da təkmilləşdirərək  rayon gənclərini maarifləndirmək məqsədi ilə təlimlər  keçməyə başladım
   

                                                     

     Gənclərin IV ümumrayon toplantısı
09.06.2005
Lənkəran 

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı  Z.Nağdəliyev, Azərbaycan Respublikasının Gənclər İdman və Turizim Naziri  Ə.Qarayev,  rayonun  bir qrup ziyalıları aktiv gənclərlə birlikdə Heydər Əliyev adına meydan da Ulu öndərin xatirə guşəsinin  
 önünə gül  dəstələri qoydular.
Sonra qonaqlar N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının qarşısında Məlahət Tağıyevanın təşkil etdiyi  sərgi ilə tanış oldular.
Sərgidə yeniyetmə və gənclərin rəsm əsərləri, gənc texniklərin modelləri, əlil uşaqların əl işləri,
İstedadlı gənclərin müxtəlif nominasiyalarda  əl işləri, Beynəlxalq yarışlarda, çempionat və birinciliklərdə nəticə qazanmış idmançıların kubok, medal və diplomları nümayiş etdirildi.


   Toplantı açıq elan olundu və rəsmi hissə başladı. İdarənin rəisi hesabtla çıxış etdi. Bu toplantının əsas məqsədi zona toplantısında və Gənclərin IV forumunda iştirak etmək üçün nümayəndə heyətinin seçilməsi  idi.    
                        



         Lənkəran da Gənclərin IV Zona Toplantısı 
                           12.08.2005                             

  Toplantı bütün cənub zonası üzrə gəncləri əhatə edirdi.               
Toplantıda Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı  Z.Nağdəliyev, Azərbaycan Respublikasının Gənclər İdman və Turizim  nazirinin müavini Asif Əsgərov  iştirak etdi. Qonaqlar təşkil olunmuş sərgi ilə tanış olduqdan sonra  iclas zalına daxil oldular. 

    
İclası giriş sözü ilə Lənkəran şəhər Gənclər  İdman və Turizim idarəsinin rəisi A.Kazımov açdı. O, gənclərin III Forumundan keçən  müddət ərzində rayonda görülən işlərin  təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi mövzusunda  məruzə etdi.  Davamlı olaraq  Azərbaycanın sosial-iqtisadi inkişafında gənclərin yeri və rolu mövzusunda 10 nəfər gəncin çıxışı dinlənildi. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı  Z.Nağdəliyev, Azərbaycan Respublikasının Gənclər İdman və Turizim  nazirinin müavini
 Asif Əsgərov da çıxış edərək  gənclərə öz tövsiyələrini verdilər və toplantının işinə uğurlar dilədilər. Sonda Gənclərin IV Respublika  Forumunda iştirak etmək üçün nümayəndə heyəti seçildi və Azərbaycan Respublikasının  prezidenti  cənab İlham Əliyevə müraciət qəbul etdi

   Azərbaycan  Gənclərinin IV Forumu Bakı şəhəri
14.09.2005


   
      

 2 fevral "Azərbaycan Gəncləri günü"
2006 cı il 

                           
   
   


   2 fevral "Azərbaycan Gəncləri günü"  
2007 ci il   "Gənclər ili " münasibəti ilə 


Lənkəran Dövlət Unversitetinin böyük akt zalında kecirtdiyimiz təntənəli və əyləncəli tədbir. Tədbirimiz Ulu öndərin gənclər üçün söylədikləri kəlamlarla başladı.

   Əziz gənclər!
Siz Azərbaycanın  bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür.Bu vəzifələr gələckdə daha da böyük olacaqlar. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!  
  HEYDƏR ƏLİYEV

 Sonra mən Lənkəran şəhər Gənclər və İdman idarəsinin rəis müavini Məlahət Tağıyeva çıxış edərək gəncləri bu gözəl bayram münasibəti ilə təbrik etdim.
Çıxışdan qısa xülasə
  Dünyanın istənilən ölkəsində gənclər sosial-iqdisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur. Gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla  ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün prosseslərin mərkəzində dayanırlar. Cəmiyyətdə həyata keçirilən islahatların əsəs əhatə dairəsini də məhz onlar təşkil edir.
 Azərbaycan xalqının dövlətçilik ənənələri hələ çox qədim dövrlərdən formalaşmış və tarixin sınaqlarından uğurla çıxaraq, mövcudluğunu qoruyub saxlamışdır. Bu günkü müstəqil dövlətçiliyimizin üzərində bərqərar olduğu dayaqlarından biri də, heç sübhəsiz, Azərbaycan gəncləridir. 
 Tədbir, çox şən əhval ruhiyyə və musiqi sədaları altında davam etdi. Təbrik nitqindən sonra Rayonun  seçilən gəncləri  İcra başcısı   Süleyman Mikayılov tərəfindən mükafatlandırıldı.

             
  2 fevral "Azərbaycan Gəncləri günü" 
2008 ci il


              
                                           
 
     Azərbaycan Respublikası  Gənclərinin V  forumu
     3 oktyabr 2008 ci il  Bakı  
                                    
        Əziz gənclər! 

   Biz V Forumun iştirakçıları yaxşı bilirik ki, hər 3 ildən bir gənclərin bu ali toplantısının keçirilməsini  gənclərimizə Ümummilli  lider Heydər Əliyev  bəxş etmişdir. Onun əsasını qoyduğu müasir gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mahiyyətcə və keyfiyyətcə  yeni  mərhələdə inkişaf etməkdədir.
      Biz inanaırıq ki, sizin  hər biriniz  müstəqil, hüquqi, demokratik  Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkənin sosial-iqtisadi  inkişafında, ərazi bütövlüyünün qorunmasında,  bundan sonra da yaxından iştirak edəcəksiniz.
      İnanırıq ki, hər biriniz ömrünüzün gənclik illərini mənalı keçirəcək, tariximizin bu parlaq və məsul mərhələsinə öz töhvənizi verəcəksiniz.
     Biz sizin hər birinizin arzu  və istəklərinizin həyata kecməsi naminə səylərinizi birləşdirməyə, vətənimizin, millətimizin və gəncliyimizin adına layiq olmağa çağırırırq.