Karyera

Qadınların çətin seçimi:
Karyera və ya  ailə

Bütün qadınların özünə məxsus seçimi var. Karyera və ya ailəyə və uşaqlara özlərini qurban edirlər. Bəzi qadınların həyatı həmişə bir seçimdən ibarət olur. Halbuki, bütün bunları həm karyera həm də ailəni uğurla birləşdirmək olar.
Çətin də olsa qadın hər şeyin öhtəsindən gəldiyi kimi bunu da bacara bilər. Cəmiyyətimizdə ikisini (Karyera ya ailə) bir arada idarə etməyi bacaran qadınlarımızda az deyi. Qədimdə qadınların işi daha çətin olduğundan onlar hər ikisinin öhdəsindən çətinliklə gəlirdilər. Müasir zamanda texnologiya inkişaf etdiyindən qadınların ev işləri ilə məşğul olması daha da asanlaşıb. Artıq bir çox iş əl ilə deyil məhz texnologiyanın köməkliyi ilə yerinə yetirilmiş olur. 
Əlbəttə bütün qadınların hekayələri, müxtəlif, lakin mahiyyəti eynidir. Qızlar adətən karyeranı real olduğuna inanmadıqları üçün istəmirlər. Bu qızlar özlərini ailəyə həsr etməyi seçirlər. Dünyanın bir cox ölkəsində kişilərlə çiyin-çiyinə hətta onlardan geri qalmayan tanınmış qadınlar çoxdur. Bu gün Azərbaycan xanımları da hər bir sahədə sürətlə inkişaf edir. Hər hansı bir sahədə karyera sahibi olan qadın mükəmməl ailəyə də sahib ola bilər. Biz zərif ola bilərik amma zəif deyilik.




İş axtaranlara tövsiyyə.
Hər kəs şəraiti yaxşı, məvacibi yüksək bir işi olmasını istəyir.

Təəssüf ki, bir çox işaxtarana bu xoşbəxtlik nəsib olmur. Nəticədə şirkətlərin işaxtaranlara qarşı diqqətsizliyindən şikayət edən narazılar ordusu yaranır."Bütün iş elanlarında təcrübə ya da xarici dil bilikləri tələb olunur" və ya "30 elana müraciət etdim, amma cavab vermədilər" deyə etiraz edənlər olur.

Əlbətdə ki, İşə qəbul mütəxəssisləri arasında işini doğru dürüst bilməyənlərin çoxluğu buna səbəb olur bəzən. Yayımlanan iş elanlarındakı tələblərin biri digərinə uyğun gəlmədiyi hallarla tez-tez qarşılaşırıq.

Digər bir səbəb isə gün ərzində saysız CV "atəşinə" tutulan şirkətlərdəki iş yükü və sistemsizlik səbəbi ilə bu yükün altında əziyyət çəkən əməkdaşların çaşqınlığı ola bilər.

Bİr səbəb də var ki, o halda günahı şirkətlərin nə istədiyini bilməməsində, qeyri peşəkarlığında, ya da məsuliyyətsizliyində axtarmaq doğru deyil. Son dövrlərin təcrübəsi bunu deməyə əsas verir.

Bu gün xeyli sayda işaxtaran var ki, uyğunluğunu analiz etmədən hər iş elanına müraciət edirlər. Heç bir işə qəbul müətəxəssisi yaranan fərqli vakansiyalar zamanı eyni namizədlə qarşılaşdığı zaman bunu ciddi qəbul etmir. Nəticədə siz o şirkətlərdə şansınızı birdəfəlik itirmiş olursunuz. Çarəsizlikdən olsa belə işaxtaran üçün bu ən böyük xətadır.

Əmin olun, iş axtarmaq ciddi bir işdir. Doğru olan isə, ilk növbədə bu işi öyrənib özünüzə iş tapmaq şansını yaratmağınızdır.