пятница, 31 января 2014 г.

Astara rayonu Pensər 2 saylı kənd orta məktəbində təlimləri davam etdirdik

Astara rayonu Pensər 2 saylı kənd orta məktəbi   
   
Gənclər Fondunun dəstəyi və Lənkəran  İNTELLEKT  sərhədsiz gənclər ictimai birliyinin təşkilatçılığı ilə  Cənub bölgəsinin  bir çox rayonlarında təlimlər keçiririk. İndi isə






yenədə Astara rayonundayıq. Astara rayonu Kakalos 1 saylı kənd orta məktəbində təlimləri davam etdiririk.
Təlimi həmkarım   Elxan Yusubovla  apardıq. 

  

Məktəbin rəhbəri məktəbin şagirdlərini təlimə hazırladı. Beləliklə təbirdə 30 nəfərə yaxın şagird və 15 nəfər isə müəllim heyyəti iştirak etdi. Mövzumuz olan" Erkən evlilik"  haqqında iştirakçılara geniş   məlumat verdik. İştirakçılarla qarşılıqlı  və  maraqlı diskusiyalar apardıq. Hər kəs məqsədimizin  nə olduğunu anladıqdan sonra bizə daha yaxından dəstək olmağa çalışdılar. Söhbətlər əsnasında şagirdlərin  məlumatlı olduqları qeyd etdikləri  faktlar və eşidib gördükləri  bir çox məsələlərin söylədiklərindən məlum idi. Danışıqlar əsasında belə məlum olurdu ki
onlarda bu nigahların əleyhinədir. Amma  bəzi halların baş verməsi isə çox vaxt onlardan asılı olmayaraq  irəli gəldiyini söyləyirdilər. Aldığımız fikirlərdən bizə məlum olurdu ki, bu rayondada müəyyən qədər erkən evliliklər qeydə alınır.                      

 Müəllimlərlə görüşdə bu halların qarşısının alınmasında aillələrə və gənc qızlara yardımçı olmaqlarını tövsiyə etdik. Onların da daima məktəbdə kənddə və valideyinlərlə təmasda olaraq maarifləndirmə işlərini davam etmələrini xahiş etdik. Sonda əgər hər birimiz birləşib bu 
məsələni  kökündən həll etməyə qalxarsaq inanınki bunun öhdəsindən gələ bilərik, yox  məsələ yalnız təlimçilərin öhdəsində qalarsa  onda bu məsələ heç vaxt köklü şəkildə öz həllini tapmayacaqdır deyə, onları kütləvi şəkildə dəstəy olmağa çağırdıq. Heç olmasa bunu Çağdaş  dühyamızın gələcəyi naminə
etməliyik. Vətənimizin bu günki gəncliyi yeni dövrün - müstəqillik dörünün  azad fikir, azad düşüncə, geniş mkanlar dövrünün gəncliyidir.
 Bəşəriyyət bütün dövrlərdə, bütün zamanlarda sabahını, gələcək inkişafını , müqəddəratını gəncliklə bağlayır. Gənclik fədəkarlıq, gənclik, tərəqqi, gənclik yenilik deməkdir. Gələcəyimizin  necə olacağını  gəncliyin bu günkü  siması
müəyyənləşdirəcək. Odurki, əziz müəllimlər,  onları qorumaq sağlam, vətənpərvər  ruhda tərbiyə etmək isə siz müəllimlərin öhdəsinə düşür. Gəlin gələcəyimiz naminə,bu günki gəncliyimizi qoruyaq.