пятница, 31 января 2014 г.

Lerik rayonu Qosmaliyan kənd orta məktəbində Erkən nigahla bağlı təlim keçirildi

Erkən nigahla bağlı təlim Lerik rayonu Qosmaliyan kənd orta məktəbində davam etdi.
  Bu məktəb də 11 illik təhsil olsada cəmi 114 şagirdlə əhatə olunub. Məktəbin  direktoru Kamal Hüseynov  məktəb, müəllimlər və şagirdlər haqqında geniş məlumat verdi. Onun söhbətləri  arasında  diqqətimizi çəkən bir məqamı kəndin icra nümayəndəsi olan Elxan Nurullayevin də təsdiq etməsi  bir daha marağımzı artırdı.
Kamal müəllim söylədiki bizim kənd də və məktəb də erkən evliliklə bağlı şagird hələ qeydə almamışıq. Bunu sizə məktəbin ali və orta ixtisas təhsilli  müəllimlərinin bir necə ildirki müəllimlik fəaliyyəti ilə məşğul olmasına baxmayaraq hələdə ailə qurmadıqları  ilə sübut edə bilərəm deyə qürurla söylədi. Çünki başqa kəndlərə baxmayaraq bizdə məcburiyyət çox az halda ola bilər. İcra nümayəndəsi Elxan müəllim isə mən kənddə bacardığım qədər belə halların baş verməsinə mane oluram deyə söylədi. Ailələrlə sıx  və səmimi münasibət saxlayıram, başa salıram, ehtiyaclı ailələrə yardım edirəm. Qulaq asmadıqda isə dövlətin qanunları ilə xəbərdarlıq edirəm  deyə dediklərinə, sağ olsunlar onlar da mənə normal qarşılıqlıq  göstərərək dəstəy olurlar deyə əlavə etdi. Doğrusunu deyim ki bu na çox sevindim.
 Hər iki rəhbərin təşkilatçılığı ilə bizimdə təlimmimiz çox maraqlı keçdi.  38 şagirdin və 14 nəfər müıllimin  iştirak etdiyi  təlimdən həm onlar həmd də  biz çox razı qaldıq. Tədbir boyu bizim verdiyimiz məlumatlar əsasında ortaya çıxan suallar şagirdlər tərəfindən çox maraqla qarşılanır və ona elə yerindəcə cavab tapmağa çalışırdılar. Oğlanlar isə öz müasir fikirləri ilə diqqəti daha cox çəkirdilər. Məsələn onlarda  ailədə bacılarıın təhsil almaqlarına çox böyük məsuliyyətlə yanaşdıqlarını bildirdilər. Xüsusi olaraq qeyd etdilər ki, təhsil almaq onlarında hüquqlarıdır. Bəs niyə qızlar bu hüquqlarından məhrum olmaldırlar ki?  Biz hamımız onlara dəstək olub təhsil almaqlarına yardım etsək, inanınki heç bu erkən niğahlar haqqında fikirləşməyə belə vaxt qalmaz.
 Onlar belə söylədikcə inanın ki biz təlimçilər həm bir birimizə həmdə şagirdlərə  kaşki getdiyimiz bütün rayonlarda yeniyetmə və gənclər  sizin kimi  düşünüb sizin kimi qərar verməyi bacarsınlar deyə bildirdik.
   Sonda inşa yazı müsabiqəsini elan edərək tədbirimizi  yekunlaşdırdıq.