пятница, 31 января 2014 г.

Erkən nigahlarla bağlı Astara rayonunda təlim

Astara rayonu Kakalos 1 saylı tam kənd orta məktəbində
"Erkən nigahlara yox deyək" şuarı altında  şagirdlər, müəllimlər və valideyinlər üçün kecirtdiyimiz silsilə təlim davam etdi.
Təlim Gənclər fondu və İNTELLEKT sərhədsiz gənclər içtimai birliyinin dəstəyi ilə həyata keçirildi. Təlimcilər Tağıyeva Məlahət və Yusubov Elxan

Direktor: Rzayeva Arzu. O, qeyd etdi ki məktəbdə 197 şagird təhsil alır onun demək olarki 100 yaxını hal hazırda təlimdə iştirak edir.  Müəllimlərimizin sayı isə 32 nəfərdir, 20 nəfəri təlimə cəlb edilmişdir. Mən və həmkarım  hər yerdə olduğu kimi ilk olaraq şagirdlərin

"Erkən nigahlar" barədə nə dərəcə də məlumatlı olduqlarını öyrənmək ücün auditoriyaya müraciət etdik. Tam əhatə etməsədə müəyyən fikirlər ala bildik. Çox maraqlıdır ki, şagirdlər  "Erkən nigahlar" haqqında müəyyən qədər məlumata malik olsalarda onun fəsadlarından tam xəbərsizdirlər. Təlimlər zamanı verdiyimiz bilgilər  və apardığımız  sorğular  nəticəsində  iştirakçılar  demək olar  ki yeniyeni  məlumatlar  əldə etdilər. Göstərdiyimiz vidio rolik də erkən evliliyin      
qurbanı  olmuş bir gəncin öz acınacaqlı        həyat tərzindən danışması  həmyaşıdlarının daha    cox diqqətini cəlb etdi. Vidio rolikə baxışdan sonra maraqlı diskusiyalar başladı. Yeniyetmə və gənclərin birgə mübarizə aparması üçün  çıxış yolu araşdırıldı.      
   Birlikdə müəəyən etdik ki, ən başlıca mübarizə  təhsil almaq, müəyyən sənət və peşəyə yiyələnməkdir. Müstəqil həyt da düzgün mövqey seçməyi bacarmaq  və  özünü ailə qurmağa hazır bildikdən sonra nigaha girmək daha məqsədə müvafiqdir nəinki  təcrübəsiz bir  ailə qurmaq.                                                    
Erkən nigah inkişaf etməmiş qızların  birbaşa  sağlamlığına mənfi təsir göstərir  və bunun da  nəticəsində  qüsurlu uşaqlar  dünyaya gəlir.  Yəqinki hec bir valideyin istəməzki onun övladı qüsurla doğulsun və yaxudda  döğuş zamanı ana dünyasını dəyişsin elə deyil?  deyərək  bu sualı auditoriyaya ünvanladıq.  
Sualımız çox maraqla qarşılandı. Hər tərəfdən yeniyetmə və gənclərin  eytirazları səsləndi. Biz də öz növbəmizdə daha da səmimi münasibət yaradaraq   bu problemlərin baş verməməsi üçün birgə çalışıb mübarizə aparmalıyıq deyə təlimlərimizi davam etdirdik