пятница, 31 января 2014 г.

Lerik rayonu Bürsürük - Ləkər kənd orta məktəbində" Erkən Nigahlar"la bağlı təlim

Lerik rayonu Bürsürük - Ləkər  kənd orta məktəbi 
Təlim Gənclər fondu və İNTELLEKT sərhədsiz gənclər içtimai birliyinin dəstəyi ilə həyata keçirildi. Təlimcilər Tağıyeva Məlahət və Əliyev İlkin
Məktəbin direktoru Ərəstun müəllim məktəb haqqında məlumat verdi. O, bildirdi ki, məktəbdə cəmi  35 şagird təhsil alır, onların yalnız 10 nəfəri  yuxarı sinifləri əhatə edir. Elə təlimdə də 10 nəfər şagird, 15 nəfər isə müəllim iştirak etdi. Onuda qeyd edim ki bu müəllimlər arasında
bircə nəfər də olsun qadın müəlliməsi yox idi. Çünki,  məktəb də qadın müəlliməsi çalışmır.   Şagirdlər arasında da qızlar azlıq təşkil edir. Demək  məktəbdə qadın müəlliməsinin olmaması qızların  təhsil almasın da, öz təsirini göstərir. Odur ki,  qızlar cox təkidlə məktəbdə qadın müəlliməsinin
çalışmasını istəyir və  buna çox böyük ehtiyac  olduğunu qeyd etdilər.  Mən uşaqlara "Erkən Nigah"  barədə nə bildiklərini soruşarkən  aldığım cavablardan o nəticəyə gəldim ki, doğurdanda  məktəbdə qadın müəlliməsinin olmadığı  özünü kəskin surətdə biruzə vereir.  Uşaqlar bildiklərini söyləməyə belə çəkinirdilər. Mənə müraciət edərək  bildirdilər ki, bizdə istəyirik ki sizin kimi bir qadın müəlliməmiz olsun, bizi anlasın qayğımıza qalsın , sevsin, dinləsin, dərdlərimizə şərik olsun.        Cox maraqlıdır  elə deyil?   Şəhər məktəblərində qadın müəəlimi  sayca coxluq təşkil etdiyi halda, ucqar kəndlərdə isə buna böyük ehtiyac duyulur. Məncə bu məsələnin də artıq ciddi bir şəkildə tənzimlənməsinin vaxtı çoxdan çatıb.  Erkən  nigah  barədə ki, söhbətimizə qayıtdıq. Əslində  şagirdlərin az da olsa məlumatları ver iydi. Lakin əsas məsələ necə bizə çatdıra bilmələri idi. Verdiyimiz məlumatlar onlara danışmaq üçün bir istiqamət verdi. Gördüklərindən  və bildiklərindən bizə söylədilər. Amma bu nigahların fəsadları barədə demək olar ki, tam məlumatsız idilər. 
       Yeni məlumatlar alarkən uşaqlar sanki  özlərini başqa aləmdə hiss edir və daha yenilərini öyrənmək üçün ağıllarına gələn sualları verirdilər.  Sonda bir qız  öz xalasının başına gələn acınacaqlı bir faciəni  bizə danşaraq qeyd etdi ki,  mən indi dərk etdim ki bu faciə nədən mənim xalamın başına gəlib. Deməmişkən xalam açıq aşkar  Erkən nigahın qurbanı olub. Amma mən hec vaxt buna ad verə bilməmişdim.  Sizdən aldığım məlumatlar  bu sirrə bir aydınlıq gətirdi. Amma mən Xalam kimi  tez bir zamanda ailə qurmaq istəmirəm. Oxumaq, təhsil almaq, həkim sənətinə yiyələnmək istəyirəm  deyə sanki bizdən yardım istədi. Bəli buradakı qızların təhsillərini davam etdirməsi  sanki bir müşkül məsləyə çevrilib. Ailələrin az təminatlı olması bəhanəsi isə, yalnız qızların  qarşısında  aşılmaz  bir  hasara çevrilib. Bu da  işsiz və təhsilsiz qalan   qızlara ailə qurmaqdan başqa bir çarə buraxmır.  Odur  ki, çarəsiz qalan  qızlar valideyinləri  tərəfindən vaxtından əvvəl  ailə qurmağa məcbur edilir. 
  Təlimlər zamanı ortaya çıxan bunun kimi bir çox  problemlərdən aydın olurdu ki, nə inki Erkən Nigahlarla bağlı, hətta müxtəlif mövzularla da,  bizim bu yeniyetmə və gənclərin maariflənməsinə cox böyük ehtiyacı var. Həqiqətəndə bu uşaqlar  ucqar yerlərdə yaşadıqları  üçün   çox az məlumatlıdırlar.  Sanki yeni açmış bir qöncədilər, nə vaxtsa amansız əsən bir rüzgarın onları qopara bilməsindən belə xəbərsizdirlər.  
Düşünşrəm ki belə təravətli  qöncələrimizi qoruyub saxlamaq üçün  bu  təlimlərin sayını artırmaq və tez tez  bu rayonlarda görüşlər təşkil etmək lazımdır.