суббота, 1 февраля 2014 г.

Lənkəran rayonunun Veravul və Havzava kənd orta məktəblərində Erkən nigahlarla bağlı təlimlər keçirildi.

Təlimlərimiz davam edir, indidə yuxarıda adlarını qeyd etdiyim məktəblərdəyik.
Tədbirdə hər iki məktəbdən toplam 37 müəllim  90  a yaxın  isə şagird iştirak etdi. Bu məktəblərdə də təlim cox maraqla qarşılandı.

       Erkən nigahların daha çox cənub bölgəsində yayılmasını öncə nə müəllimlər nədə şagirdlər qəbul etmək isrəmədi. Amma  tədbirin gedişatı zamanı bütün problemlər yavaş yavaş üzə çıxmağa başladı.  Aydın oldu ki, belə halların baş verməsi birbaşa valideyinlərin məsuliyyətsizliyi  qızların isə  təcrübəsizliyi  nəticəsində baş verir.  Qanuni nigahın qızlar üçün 17  oğlanlar üçünsə 18 yaş olmasına baxmayaraq  valideyinlər yenədə hələ nigah yaşına çatmamış  uşaqlarını  evləndirirlər. Bu az imiş kimi buna normal bir hal kimidə baxırlar.
       Aparılan statistik məlumatlardan məlum olub ki, hələ 2009 cu ildə 18 yaşa dək qızlar arasında nigahların sayı 5380 nəfər olub.
      Şagirdlərə belə bir sualla müraciət etdik. Sizcə erkən nigah nə deməkdir, bu nigahlar nə ilə nəticəlnə bilər? Müxtəlif cavablar eşitdik. Uşaqlar çəkinə çəkinədə olsa müəyyən cavablar verdilər, amma bu cavalarda özlərini tam əmin hissetmədikləri bəlli idi. Ona görədə onlarda əminlk yaratmaq üçün fikirlərimizə aydınlıq gətirdik.
       Erkən nigahlar zamnı hər nigahın uğurlu olmadığını sonradan isə hansı fəsadların baş verməsini bir bir iştirakçılara açıqladıq. Məsəln  qeyd etdik ki, erkən nigah, erkən hamiləlik , erkən uşaq doğumu  deməkdir. Bu qadını ölümcül  təhlükə altına alır. Erkən ailə quran qızların dünyaya gətirəcəyi  körpələrin sağlamlığında ciddi problemlər yranın və onların ölü doğulma  dərəcəsi artır. Analar özləridə  doğuş zamanı həlak ola bilirlər. Çünki onlar nə fiziki, nədə mənəvi cəhətdən buna hazır olmurlar. Bu da ölkəmizdə ana və uşaq ölümlərinin sayının artmasına gətirib çıxardır. Belə ailələrdə  tez tez məişət zorakılıqları baş verir.
      Təlimin gedişi zamanı belə misalların və faktların söylənməsi  iştirakçıların getdikcə daha çox təlimə  marağını artırırdı. Bu maraqlardan istifadə edərək bizdə öz növbəmzdə payladığımız   məlumatlar və statistik göstəricilərdən istifadə edərək onlarında ətraflarındakı həmyaşıdlarını maarifləndirməsini onlardan xahiş etdik.
      Bu təlimdə müəllimlərin  də bir az şikayətci olduğunu hiss etdik. Beləki onlar valideyinlərin məktəblə zəif əməkdaşlığından şikayətlənir və onların  tövsiyələrinə bir o qədər əhəmiyyət vermədiklərini söylədilər. Bəli bu artıq adi bir hal kimi  getdikcə  çox ciddi  şəkil halır.  Elə ona görədə yuxarıda qeyd etdiyimiz kimi erkən nigahlar valideyinlərin bir arqumenti olan  "Qızım evdə qaldı, alan olmadı" kimi  fikirləri tez tələsik verilən qərarların nəticəsidir. Əslində isə belə valideyinlər sadəcə olaraq öz övladlarının sosial yükünü çəkmək istəmirlər.Ən pisi odur ki, qızları elə tərbiyə edirlər ki, uşaq  ancaq ərə getməklə bağlı düşünür, yəni rəfiqəm ərə getdi deyə məndə getməliyəm. Kimsə ailə qurursa o, artıq narahatlıq keçirirki, o getdi mən  ebdə qaldım.       Təbii ki, ailə qurmaq da lazımdı. Amma tələsik ailə qurmaq onun üçün çıxış yolu deyil.
      Belə nigahlar çox vaxtda valideyinlərin və qızların  təhsillərinin çox aşağı səviyyədə olmasından və maddi durumun çətinliyindən də baş verir. Odur ki siz, əziz müəllimlər hec bir təpkiyə baxmadan öz  yardımınızı və tövsiyələrinizi belə ailələrdən əsirgəməyin. Bizimdə əsas məqsədimz elə budur. Birləşib insanlara  xöşbəxt gələcəyimiz üçün  yardımçı olmaq.
     Beləliklə  bu məktəblərdə də təlimlərimiz yüksək səviyyədə başa çatdı.