суббота, 1 февраля 2014 г.

"ERKƏN NİGAHA YOX DEYƏK"


"ERKƏN NİGAHA YOX DEYƏK"  Layihəsinə starat verildi
Bu deviz altında  Gənclər Fondunun dəstəyi və Lənkəran  İNTELLEKT  sərhədsiz gənclər ictimai birliyinin təşkilatçılığı ilə 2012 ci ilin sentyabr ayından 2013 cü ilin mart ayına kimi
 Cənub bölgəsinin  bir çox rayonlarında təlimlər keçdik.Təlimləri həmkarım İlkin Əliyev və Elxan Yuzubovla aparırdıq. 

Məqsədimiz kütləvi  şəkildə cəmiyyətin   maariflənməsinə yönəlmişdi.  Təlimlər əsasəən  şagirdlər, müəllimlər, valideyinlər və icra orqanları üçün nəzərdə tutulmuşdu.  Rayonların ən ucqar kəndlərində təşkil edilən bu təlimlər demək olarki, cəmiyyət tərəfindən çox yüksək səviyyədə qarşılanırdı. Görüşlər  zamanı hiss edirdim ki doğurdanda cəmiyyətin bu mövzu ilə maariflənməsinə çox böyük ehtiyac var. Aldıqları məlumatları  maraqla qarşılayır və daha da yenilərini əldə etməyə səy göstərirdilər.Təlim  bir neçə məqsəd daşıyırdı,birinci mərhələ əsasən əhalininin geniş kütləsini qeyd olunan mövzu ilə əlaqədar maarifləndirmək və bunun nəticəsi kimi şagirdlərin daxili hisslərinin səmimi eytiraf etmələri üçün şərait yaratmaq. İkinci   erkən nigahla bağlı "Erkən nigah və həyata keçməyən arzular" başlığı altında inşa yazı müsabiqəsinin  elan edilməsi  və sonda bu deviz altında "Velosiped" yürüşünün təçkil olunması idi.  Hər görüşdə bu müsabiqə elan edilir və sonda məktəbun elanlar guşəsində asılırdı   

  
Masallı rayonu Hişkədərə kənd orta məktəbindəyik. Məktəbin  direktoru    İlham  Ağayev  məktəb haqqında məlumat verdi. O, qeyd etdiki məktəbdə 328  şagird təhsil alır yuxarı sinifləri əhatə edə  100 nəfər şagir isə bizim təlimdə iştirak etmək üçün cəlb edilmişdir.  İlk görüşümüz məktəbin müəllimləri ilə oldu. Statistik məlumatlarla tanış olduqdan sonra müəllimlər dövlət tərəfindən də artıq  bu məsələyə  ciddi yanaşıldığı haqqında məlumatlandılar. Bir coxları  ciddi məsuliyyət və cərimələrdən xəbərsiz olduqlarını qeyd etdilər.  Maraqlı dikusiyalarla davam edən təlim sonradan şagird kollektivinə keçid aldı. İndi biz şagirdlərləyik və qeyd edim ki. müəəlimlərsiz və heç bir müdaxilə olmadan şagirdlərlə tam səmimi olaraq təlimimizi davam etdiririk. 

 Görək onlar öz fikirlərini bizimlə necə bölüşürlər.İlk olaraq Erkən nigahlar   və onun yaratdığı fəsadlar haqqında nə bildiklərini soruşuruq.  Cavab bir o qədərdə ürək acan olmadı. Ani bilgilər və tam məlumatsızlıq . 
 Tərəfimizdən  məlumatlandıqdan sonra çox maraqlı fikirlər və təkliflər səsləndi. Bəzi şagirdlər ətrafında gördüyü və şahidi olduğu faktlarla çıxış etdilər.Təhsil almaq istədiklərini və ardıcıl olaraq bu təhsilin ali məktəblərdə davam etdirmək arzusunda olduqlarını söylədilər. Bəziləridə ailə durumlarının buna yol vermədiklərini qeyd etdilər.Şagirdlərin bir hissəsi belə bir halların ərsəyə gəlməsində hökuməti, cəmiyəti, ailəni və müəllimləri qınadı. Digər bir hissəsi isə tam olaraq yenuyetmə və gənclərin özlərinin bir başa hədəf olmasını qeyd etdilər. Sonda qarşılıqlı olaraq belə bir nəticəyə gəldik ki bu mövzuya hamı hıssaslıqla yanaşmalı  və birləşərək bu məsələnin kökündən həllilə çalışmalıyıq.  Sonda  bütün kollektiv yığılaraq  erkən nigahlara yox deyərək eytirazlarını bildirdilər.                                                                                                                     
    



Biz isə yüksək səviyyəli təşkilatçılığına görə  öz növbəmizdə təşkilatımız adınnan məktəbin kollektivinə və rəhbəri olan  İlham müəllimə təşəkkürümizi bildiririk.