пятница, 31 января 2014 г.

Yardımlı rayonu Köryədi kənd orta məktəbində"Erkən evlilik"lə bağlı təlimlər keçirildi

"Erkən evlilik"lə bağlı təlimlər Yardımlı  rayonu Köryədi kənd orta məktəbində davam etdi
Təlimcilər: Tağıyeva Məlahət və Əliyev ilkin
Məktəbin direktoru: Mustafayev Mehrəli və məktəbin kollektivi  biz təlimçiləri çox gözəl və xoş əhval ruhiyə ilə qarşıladı. O, məktəb haqqında məlumat verdi və sonda  qeyd etdiki  məktəbdə 153 şagird var, bunlardan yuxarı sinif şagirdlərini əhatə edən 40 nəfərə yaxını tədbirinizin iştirakçısı olacaq.  Müəlimlərdən isə 15  nəfəri
təlimə qatıldı. Təlimə  ilk olaraq şagirdlərlə
başladıq sonra isə müəllimlərlə davam etdirdik.  Yardımılı ucqar rayon olsada, bu məktəbdə təhsil alan şagirdlər təhsildə  maraqlarına görə hecdə digər inkişaf etmiş şəhər məktəblilərindən geridə qalmırdılar. Şagirdlər cox aktiv və maraqları əhatəli idi.
Buda onların savadlı olmalarından xəbər verirdi.  Ən coxda qızların fəallığı diqqətimi cox cəkdi, diskusiyalarda , təklif və rəy bildirməkdə oğlanlardan üstünlük təşkil edirdilər.
Erkən  nigahlada  bağlı bir necə səbəblər və faktlar acıqlayırdılar. Oxumağa və təhsillərini ali məktəblərdə davam etdirməkdə  maniələri həm dövlətdə həmdə valideyinlərində axtarırdılar. Hətta   Sabili Ülvüyə, Məmyeva Səkinə və. s kimi  bir neçə  qız qətiyyətlə bildirdilər ki, bizi oxutdurmadıqlarına görə  valideyinlərimizə qarşı cıxmağa məcburuq . Biz özümüzü hazır görmədiyimiz üçün  ailə qurmaq istəmirik. Biz qızlarda oğlanlar kimi ali təhsil almaq istəyirik.  deyə sanki daxillərindən gələn bir harayla çığırmaq istəyirdilər.  Qoy bizim valideyinlərimiz paytaxtda sizi oxutmağa imkanımız yoxdur deyə bizi təhsildən və  xoşbəxt gələcəyimizdən ayrı salmasınlar. Biziə  toy etmək və cehiz almaq ücün pulu haradan tapacaqlarsa  elə bizi oxutdurmaq ücündə vəsaiti ordan tapsınlar. Döxlət də  bütün bu çətinliklər də bizə yardımçı olsun . Qoy imkansız ailələrin  uşaqlarını himayəsinə alıb onlara təhsil versin.  Bizim buna ehtiyacımız var deyə söylədilər. Digər   qızlar da  bu haraya hay verdilər, bəli biz oxumaq istəyirik,  deyə yekdilliklə söylədilər. Sonda qəti olaraq bildirdilər  ki Erkən nighlara məcbur olmağımızın ən başlıca səbəblərindən biri də elə bizim təhsil ala bilməməyimizdir. Təhsilsiz və işsiz qaldığımız üçün hamı bizi özünə yük bilərək  ailə qurmağa məcbur edir.

ƏZİZ YENİYETMƏ VƏ GƏNCLƏR !  MƏN BURADA SÖZÜMÜ SAXLAYARAQ SİZƏ 
MÜRACİƏT ETMƏK İSTƏYİRƏM.  SİZCƏ SİZİN HƏMYAŞIDLARINIZ BU MƏSƏLƏYƏ DOĞRU  MÖVQEYDƏNMİ  YANAŞIRLAR,  SİZ OLSAYDINIZ NƏ EDƏRDİNİZ ?  ÖZ FİKİRLƏRİNİZİ , TƏKLİF  VƏ RƏYLƏRİNİZİ  BİZƏ YAZIN.