пятница, 31 января 2014 г.

Masallı rayonu Təzə Alvadı kənd orta məktəbində təlimçilər öz işini davam etdiri

Təlimlərimiz davam edir, indi  MASALLI  RAYONU TƏZƏ ALVADI KƏND ORTA MƏKTƏBİNDƏYİK  

Məktəbin direktoru Süleymanov Mövsüm şagirdlərin toplanmasında yaxından iştirak etdi. Lakin Hişkədərə məktəbindən fərqlənərək burada yalnız qızlar iştirak edirdi. Söylədiklərinə  görə sərbəst mövzu olduğu üçün yalnız qızların  burada iştirakını məqsədə müvafi hesab etmişik.  Bizdə onların bu fikirinə həssalıqla yanaşdıq.
Düşündüki, ola bilər ki qızlar heç bir yerdə söyləyə bilmədikləri fikirlərini  bizimlə bölüşmək istəyirlər.Təlim cox maraqlı səmimi və disqusiya şəkilində davam etdi. Qızlar müəyyən fikirlərini bizimlə bölüşərək qaranlıq olan tərəflərə tam aydınlq gətirməyə çalışdılar. İzlədikləri vidio rolikdən sonra isə qurbanla bağlı müxtəlif mülahizələr yürütməyə səy göstərirdilər. Kimi  haqq qazandırır, kim onun yerində heç vaxt olmaq istəmədiyini qeyd edir, kimidə tam çaşmış halda fikirlərini söyləməyə çətinlik çəkirdi. Onların bu  çaşqınlıqdan qurtarmaq üçün mülahizələrinə müdaxilə etdim və birlikdə məsələnin və problemlərin həlli yollarını araşdırmağa çalışdam.
Disqusiyalar zamanı məlum olurdu ki şagirdlər Erkən nigahlar barədə bir oqədərdə geniş məlumatlı deyillər. Hətta onun fəsadları ilə əlaqədər nələrin baş verəcəyini  bir o qədərdə fark etmirdilər. Lakin təlimin gedişi zamanı müxtəlif məsələlərin ortaya çıxması və açıqlanması onları həqiqətəndə düşünməyə vadar etdi. Sonda onlarda bizə bu təlimlər onlar üçün vacib olduqlarını söylədilə və bizə   böyük hörmətlə təşəkkür etdilər.
 Sonra müəllim və valideyinlərlə görüşə keçid aldıq. Bu görüşdə maraqlı və yadda qalan oldu.