суббота, 15 февраля 2014 г.

Azərbaycanda qadınlar, yoxsa kişilər boşanmaya daha çox meyllidir?

              

  •  "Azərbaycanda boşanmaya daha çox qadınlar meyillidir"
  • Bu sözləri erkən nikahlar üzündən günü-gündən artan boşanmalarda daha çox hansı tərəfi ayrılmağa meyilli olmasıyla bağlı vəkillər kollegiyasının təcrübəsinə əsaslanaraq söyləyirik
Kişilərin haqlı Qısqanclığı

Vəkillər kollegiyasının üzvü, 12 saylı hüquq məsləhatxanasının vəkili, hüquqşünas Rəşad Cəbrayılov bu fikri təcrübəsinə əsaslanaraq söylədiyini bildirdi:

"Mənim iştirak etdiyim məhkəmə proseslərində daha çox qadınlar boşanma ərizəsi ilə müraciət ediblər. Boşanma halına gəlib çatma səbəbləri müxtəlifdir. Elə ailə var ki, maddi cəhətdən hər cür təminatlı olduğu halda ərlə-arvad" xasiyyətlərinin uyğun gəlməməsi "boşanmaya səbəb olar. Amma əksər hallarda ailələrdəki boşanma halları daha çox maddi yetərsizlikdən və gənc ailələrə böyüklər mudaxiləsi nəticəsində baş verir. Belə ki, ailədən cüzi problem yaşananda hər iki tərəfi valideyninin mudaxiləsi "qarışqa filə çevrilməsinə", nəhayət, ailənin dağılmasına səbəb olar. Digər səbəblərdən biri də insanların, əsasən da qadınların son zamanlarda sosial şəbəkələrdə fəallığıdır. Qadınların sosial şəbəkələrdə "görünməsini" həzm edə bilməyən kişilər var. Həm də bir-çox hallarda qadınların sosial şəbəkələrdəki "fəallığı" kişilərin haqlı qısqanclığı ilə müşahidə olunur. Bu fəallıqların mentalitetə ​​zidd olması, kifayət qədər sərbəst olmaları əsas götürülür ".

Boşanan qadınlar "tənha qadın" statusu alırlar

Sosioloq  Cavid İmamoğlu  da boşanma səbəblərinin çox olduğunu deyir:

Boşanan qadınlar, tənha qadın "statusu" alırlar. Bu tənhalıq statusu onlara məişətdə heç bir üstünlük verməsə də, bir qədər azadlıq və sərbəstlik verər. Azərbaycanda qadınlar o zaman boşanmaya ilkin olaraq müraciət edirlər ki, onlar məişət zorakılığına məruz qalırlar. Bu zorakılıqlar isə dözülməz həddə çatdıqdan  sonra qadın boşanma üçün qərar verir. Lakin cəmiyyətin də boşanmalara münasibəti birmənalı deyil. Bəzən qadınlara boşanmamaq üçün kənar müdaxilələr və  mənəvi təziqlər edilir. Bu müdaxilələr bəzən ailədən boşanmanın qarşısını alsa da, gələcəkdə baş verəcək faciədən siğortalamır. Maddi sıxıntılar da boşanmaya səbəb olan başlıca amillərdəndir.

Qadınlar daha dözmür ...

Psixoloq  Dəyanət Rzayev  boşanmaların sayının artmasında qadınların "fəallığını" heç də mənfi hal kimi qiymətləndirmir:

Qadınlar Kişilərin zorakılığına, şiddətinə əvvəllər "eşidən-bilən" nə deyər, qohumdan-əqrəbadan ayıbdı deyib dözürdüsə, indi bunu qəbul etmirlər. Öz hüquqlarını müdafiə etməyə qalxır və zorakılığa, başa düşülməməzliyə etiraz olaraq boşanmaq üçün müraciət edirlər.
 Aydın məcələdir ki, heç kəs səbəb olmadan ailəsinin dağılmasını istəməz...!?

Xatırladaq ki, rəsmi statistikaya görə, ötən il Azərbaycanda 86,9 min nigah və 11,7 min boşanma halı qeydə alınıb.