суббота, 15 февраля 2014 г.

Gənclər Siyasəti ilə bağlı gördüyüm işlər keçirtdiyim tədbirlər

  Gənclər Siyasəti ilə bağlı gördüyüm işlər, keçirtdiyim  yarışlar və tədbirlər

     Lənkəran Şəhər Gənclər və İdman  idarəsində rəis müavini vəzifəsində calışarkən         
 “Azərbaycan Gəncliyi Dövlət proqramı (2005-2009 cu illər)”nın  icrasını yüksək səviyyədə həyata keçirtmək məqsədi ilə Şəhər Gənclər və İdman idarəsi uşaq və gənclərin hərtərəfli inkişafını, problemlərinin həlli yolarını, hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, gəncləri vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyaviçilik prinsipləri əsasında dövlət dilinə və rəmzlərinə hörmət ruhunda tərbiyə etməyi əsas istiqamət kimi müəyyənləşdirir. 
Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi baxımından bir çox tədbirlər,  dəyirmi masalar, disskusiyalar təşkil edərək həyata keçirir
 Təkcə "Cəsurlar", "Şahin," "Sərhəd"  hərbi- idman və turizim oyunlarının hazırlanıb həyata  keçirilməsi üçün şəhər  təhsil şöbəsini, Gənclər və idman idarəsini, müqavilə bağlanılan hərbi hissəni, orta məktəblərin şagird və müəllim heyətini səfərbər edir. Buda yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına yardım edir və hərbi xidmətə  həvəsləndirir.