воскресенье, 2 февраля 2014 г.

Bakıda "İnsan alveri" ilə bağlı təlim keçirildi

Bu yaxınlarda 10-13 dekabr 2013  cü ildə    Regional QHT-lər, KİV və həmkarlar ittifaqlarının nümayəndələrinin  Azərbaycanda insan alveri və əməyin istismari ilə mübarizə sahəsində potensiallarını artırmaq üçün Təlimçilər üçün keçirilən təlimində iştirak etdim .

Təlimi Beynəlxalq Miqrasiya Təşkilatı  həyata keçirirdi. (BMT) (IOM) . Təlim çox  maraqlı kecdi və biz bu təlimdən  insan alveri və əməyin istismari ilə bağlı  çoxlu  məlumat əldə edə bildik. Bu məlumatların müəyyən bir hissəsini maarifləndirmək məqsədi ilə və sizin də  məlumatınız olsun deyə  təqdim edirəm 

 Vətəndaş insan alveri haqqında nə bilməlidir?

Sizə xarici ölkədə yüksək ödənişli iş təklif olunur?

Tələsməyin! Yüz ölçüb bir biçin. Əgər bu cür təklif firmadan gəlibsə, onun xaricdə işə düzəltmə üçün xüsusi icazəsi –lisenziyasının olub olmaması ilə maraqlanın. Belə hüquqlara malik olan firmaların siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə və Azərbaycan Respublikası DİN-in Miqrasiya Xicmətində vardır.

Sizə xarici ölkədə təhsil almaq təklifi olunur?

Xarici ölkələrdə təhsil almaq arzunuzu reallaşdırmazdan öncə aşagıdakı məlumatları bilməyiniz vacibdir!

  • Əgər Sizə xarici ölkədə təhsil almaq təklifi olunarsa, bu söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilmalidir;
  • Əgər Siz, xaricdə təhsil almağa gedirsinizsə, viza - tələbə vizası olmalıdır;
  • Xaricdə təhsil almaq üçün Sizə müqavilə təqdim edilərsə, müqavilə mütləq Sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır;
  • Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə mütləq ora rəsmi müraciət edərək Sizə təklif olunan təhsil müəssisəsi barədəməlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edib, Sizi maraqlandıran məlumalları dəqiqləşdirməyi unutmayın!

Siz xarici ölkədə ailə qurmağa razılıq vermisiniz? Əgər bu razılıq verilmişdisə aşağıdakı tədbirləri həyata keçirməyiniz məqsədə müvafiq olardı.

  • İnternet vasitəsilə ailə qurmaq təklifi bəzən Sizi kölöyə çevirə bilər. Odur ki, hər bir təklifi öncə dəqiqləşdirin.
  • Əgər xarici ölkə vətəndaşı ilə ailə qurmaq istəyinizi reallaşdırmaq məqsədi ilə Nikah firmalarına müraciət etməli olsanız, iik öncə həmin firmanın lisenziyasının olmasına diqqət yetirin!
  • Ailə qurmaq təklif edilən şəxslə və onun sənədləri ilə tanış olun!
  • Ailə qurmaq istədiyiniz xarici vətəndaş barədə, onun vətənda oldugu ölkənin nümayəndiliyinə müraciət edərək, rəsmi məlumatalın!
  • Unutmayın ki, hər bir xarici ölkə vətəndaşı nigaha girərkən, onun haqqında bütün məlumatları əks etdirin Forma 4 anketini təqdim etməlidir.

Insan alverçiləri yalnız qadınlar deyil, kişiləri və uşaqları da qul veziyyətinə salır

KİŞİLƏR — insan alverinin qurbanı ola bilirlər. insan alveri ilə məşul olan cinayətkarlar, əsasən 19 yaşından 55 yaşınadək kişiləri əməyin istismarına cəlb edirlər. Ölkə vətəndaşları olan kişilər bəzən mövsümli xaraklerli işlərlə baglı ölkəni qısamüddətli tərk edirlər. Başqasının əməyinin istismarı bahasına gəlir əldə etmək istəyən cinayətkarlar, belə insanların etibarından sui-islifədə edərək onları toplayaraq xarici ölkələrə aparır və qul vəziyyətinə salırlar. Belə insanlar uzun müddət kölə vəziyyətində çalışdıqdan sonra, xəstə yarımcan halda ölkəyə, öz ailələrinin yanına qayıdır. Bəzən belə kişilər özlərini günahkar saydıqları üçün ailələrinin yanma dönməkdən çəkinirlər.


  • Dogmalarınıza və ya dostlarınıza Sizin xarici getməyiniz haqqında müfəssəl məlumatı, oradakı ünvanı, əlaqə telefonunu və həmçinin pasportunuzun birinci səhifəsini, viza səhifəsinin və müqaviləmn surətini verməyi unutmayın!
  • Vətəndə qalan yaxın adamlarınızla necə əlaqə saxlayacagınızı qabaqcadan razılaşdırın;
  • Heç vaxt, dövlət sərhəddini, qeyri-qanuni və ya saxta sənədlərlə keçməyə çalışmayın;
  • Özünüzlə geri qayıtmaq üçün yol xərcinə yetəcək qədər pul götürməyə  çalışmayın;
  • Xaricdə olarkən Sizə vəd edilən işlə təmin olunmadıqda və ya başınıza xoşagəlməz hadisə gəldikdə dərhal aşagıdakı "qaynar xətlər"ə zəng edin:
                  Xarici ölkədə olarkən bunları unutmayın:

  • Pasportunuzu   başqa   şəxsə   verməyin. Lazım gəldikdə sənədlərinizin yalnız surətini tələb olunan yerə təqdimedin;
  • Xarici ölkədə sənədləriniz itirsə, dərhal həmin ölkənin polisinə və Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyinə və ya konsulluguna müraciət edin;
  • Mütəmadi olaraq qohumlarınız və ailənizlə əlaqə saxlayın. Həyatınızdakı hər-hans dəyişiklik barədə dərhal onlar məlumat verin;
  • Sizə kömək lazım olduqda dərhal «qaynar xətt» telefon nömrələrinəzəng edin.

                       Xaricə getmək istəyənlərin nəzərinə:
  • Unutmayın!   Xarici  ölkələrdə  Azərbaycan  vətəndaşlarının iş tapmasına yalnız bu fəaliyyətə lisenziyası olan firmalar yardım edə bilər.
  • Əgər sizə xaricdə işə düzəltmə, təhsil artırma və ya ailə qurmay təklif edilərsə, bu mütləq rəsmi müqavilə əsasında yerinə yetirilməlidir.
  • Müqavilənin qanuni olubolmamasına müəyyən etmək üçün həmin xarici ölkənin Azərbaycan Respublikasındakı səfirliyinə, Azərbaycan Respublikasının ədliyyə Nazirliyinə və Azərbaycan Respublikasının əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya idarəsinə müraciət edin:

Tel: 497-70-37, 432-69-40, 432-19-14, 413-55-83

  • Xaricə getməzdən əvvəl, Azərbaycan səfirliklərinin və konsulluqlarının xarici ölkələrdəki telefonlarını öyrənin. Lazımi anda təcili onlara müracit edin. Onlar Sizə kömək etməlidirlər.
  • Unutmayın! Yalnız təhsil alma, biznes, turist, ailə üzvləri ilə birləşmək üçün viza növləri movcuddur və ölkəni bu viza növləri olmadan tərk etmək qanunsuzluqdur.
  • Xarici ölkəyə çatan kimi mütləq Azərbaycan səfirliyi və ya konsullugunda, yaşadıgınız ərazinin polis orqanlarında qeydiyyata düşün.
  • Unutmayın! Vizada göstərilən müddətdən artıq xarici dövlətdə yaşamaq ciddi qanun pozuntusu sayılır.
  • Yaxından tanımadıgınız şəxslərin sizin viza və pasport almanıza köməklik göstərmələrinə qətiyyən razı olmayın.
  • Xarici ölkədə seçdiyiniz otelin imicinə diqqət yetirin. Yüngül əxlaqlı qadınların məskən saldıgı otellərdən uzaq olmaga çalışın.
  • Hansı ölkədə olmanızdan asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası sizin hüquqlarınızın qarantıdır və pozulmuş hüquqlarınızın bərpa edilməsi üçün lazım olan hər şey Azərbaycan Respublikasının qanunvericilik aktlarında təsbit olunmuşdur.  
  •             Xarici ölkələrdəki Azərbaycan Respublikası səfirlikləri:

NÖlkəTelefonFaks
1BƏƏ-nin Dubay Əmirliyi(9712) 644-37-73(9712) 666-31-50
2Türkiyə
Respublikası
(90312)491-16-81
(90312)491-16-82
(90312)491-16-83
(90312) 492-04-30
3Pakistan Islam Respublikası(9251)282-93-45(9251) 282-06-98
4İran İslam Respublikası(9821)221-25-24(9821)221-75-04
5Rusiya Federasiyası(735) 229-16-49
(795) 229-43-32
(795) 202-50-72