суббота, 1 февраля 2014 г.

Erkən nigahlar və onların törətdiyi fəsadlar

 BİLİRSİNİZMİ      - Birləşmiş Millətlər Təşkilatının UNİVERSAL İNSAN  HÜQUQLARI  DEKLARASİYASINA  əsasən:       (1) İrqinə, milliyyətinə və dininə məhdudiyyət qoyulmadan     yetkinlik yaşına çatmış kişi və qadınlar ailə həyatı qurmaq və nigaha daxil olmaq hüququna malikdirlər. Onlar nikaha daxil olarkən, nikah dövründə və nikahın ləğvi zamanı bərabər hüquqlara malikdirlər.                 

(2) Ər və arvad sərbəst şəkildə qəbul edilmiş tam razılığa əsasən nikaha daxil olurlar.
 (3) Ailə cəmiyyətin təbii və əsas qrup vahididir. Ailə cəmiyyət və dövlət tərəfindən müdafiə edilmək hüququna malikdir.
        BİLİRSİNİZMİ?
Erkən evlilik aşağıdakı səbəblərdən baş verə bilər:
-          İqtisadi və sosial rifahın yaxşılaşdırılması məqsədilə
-          Gender stereotipləri qızların erkən ailə qurmalarını təbliğ edir
-          Təhsil səviyyəsinin aşağı olması  
-          Erkən evlilik haqqında mif və yalnış təsəvvür
-          İctimaiyyət və ailənin yaşlı üzvləri tərəfindən təzyiq
        BİLİRSİNİZMİ?
-          16-17 yaş dövrü Azərbaycan qanunvericiliyində uşaq sayılır. “Uşaq Hüquqları Haqqında Konvensiya”ya görə, uşaqların maksimum yaş həddi 18 müəyyənləşdirilib. Yəni, 17 yaş uşaq hesab olunur. Uşağın isə nikaha daxil olması yolverilməzdir! Qız və ya oğlan olmasından asılı olmayaraq erkən ailə qurmaq insan hüquqlarının pozulmasıdır!
-          Milli Məclis qadının məcburi olaraq ailə qurmasını cinayət tərkibli addım olaraq qəbul edib və cəza olaraq iki il həbs cəzası və ya 2,000-3,000 AZN ($2,500-$3,800) cərimə tətbiq etmişdir. Yetkinlik yaşına çatmamış gənc məcburi olaraq ailə qurarsa bu cərimə dörd il həbs və ya 4,000 AZN ($5,000) ola bilər.

           BİLİRSİNİZMİ?
        Erkən nikah aşağıdakı nəticələrə yol aça bilər:
-          Məcburi cinsi əlaqə, azadlıqdan və fərdi inkişafdan məhrumiyyət kimi kəskin psixoloji və emosional stres; evdarlıq isə prioritetə çevrilir.
-          Fərdi inkişaf və təhsil imkanlarının ləğv edilməsi
-          Hamiləlik və erkən doğuşla əlaqədar olaraq təhlükəli doğuş, ana və dölün ölümü kimi təhlükələrlə üzləşir.
-          Azyaşlı qızlar hələ də həssas və itaətkar olduqları üçün zorakılığa, vəhşiliyə məruz qala bilərlər
-          Qızlar nikah dövründəki vəzifələrini tamlığı ilə yerinə yetirə bilmədikləri üçün fiziki və mənəvi zorakılıqla üzləşirlər.
 Dövlətin və ictimaiyyətin çoxsaylı kampaniyalar, qanunlar, fərdi yardımlar vasitəsilə erkən  evliliyi qadağan etmək cəhdinə baxmayaraq, yetkinlik yaşına çatmamış qızların təkrarlanan zorakılıqları, cəmiyyət tərəfindən qınağı və erkən evliliyin acı nəticələri hələ də bizimlə bir yerdə yaşamaqdadır.
HÜQUQLARINIZI YAŞADIN! ERKƏN EVLİLİYƏ YOX DEYİN!
Uşaq Qaynar Xətt Xidməti:
(012) 480 22 80 şəhər nömrəsidir
(050) 680 22 80 və (051) 880 22 80 “Azercell”.