суббота, 1 февраля 2014 г.

"Erkən ngahlar" la bağlı Statistik göstəricilər:

2009-cu ilin 1-ci yarısında Azərbaycanda yetkinlik yaşına çatmayan 4000 nəfər
qızın zorla ərə verildiyi bildirilir;
    2009 –cu ildə ölkədə rəsmi nikahdan kənar doğulan uşaqların sayı 220 nəfərdən çox olmuşdur;
     2010-cu ilin 1-ci yarısında insan alverinin qurbanına çevrilmiş 20 qadından 9-u  məhz erkən nikahda olmuş qadınların təşkil etdiyi qeyd edilir;
     207000 əhalisi olan Lənkəranda 2011-ci ildə 1682 nikah aktı bağlanıb, 104 boşanma qeydə alınıb( boşanmaların sayı keçən ilə nəzərən 2 dəfə artıb);
     AR Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə 2011-ci ildəyetkinlik yaşadək(18-dək) nikaha girmiş gəlinlərin sayı 5138 nəfər olmuşdur (2010-cu ildə bu say 4742 nəfər olub)
     Yetkinlik yaşına çatmayanlar arasında nikah halları ilbəil artmaqdadır və bu rəqəm ümumi nukahların 17%-ni təşkil edir.
      Təkcə 2010-cu ildə Azərbaycanda 86 min nikah bağlanıb ki, onun da 5 min nəfəri 18 yaşa qədər olanlardır; 152 min uşaq doğulub ki, bunun 26 min nəfəri qeyri rəsmi nikahdan dünyaya gəlib;
      2009-cu ildə Dövlət Statistika Komitəsinin Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri ilə birlikdə apardığı araşdırma zamanı keçirdiyi sorğunun nəticələrinə  əsasən (sorğu 50 yaşadək 19711 qadını əhatə etmişdir) sorğuda iştirak etmiş qadınların 37%-i 18 yaşa çatmamış, 29%-i 18-19 yaşlarında, 25%-i 20-24, 6%-i 25-29, 3% -i isə 30 yaşdan yuxarı nikaha daxil olmuşdur. Erkən yaşda nikaha girən qadınların 39%-i şəhər, 61%-i kənd sakinləridir. Əlavə edək ki, 18 yaşınadək ərə gedən qadınların 37%-i öz istəyi ilə, 26%-i valideynlərin təzyiqi altında, 11%-i ailənin maddi vəziyyətinin  çətin olmasına görə, 8%-i ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6%-i qaçırıldığına görə, 2%-i hamilə olduğuna görə, qalan 10%-i isə digər səbəblərdən erkən nikaha daxil olmuşdur.Erkən yaşda ərə gedən qadınların ərlərinin  3%-nin yaşı 18-19, 69%-nin yaşı 20-24, 26%-nin yaşı 25-29, 2%-nin yaşı 30-dan yuxarı olmuşdur. Eyni zamanda ərlərin 22%-nin ali və orta ixtisas, 69%-nin ilk peşə ixtisas və tam orta, 10%-nin isə ümumi orta təhsili olmuşdur.
      Sorğu olunan qadınların rəsmi nikahda olmamasının səbəbləri araşdırılaraq müəyyən edilib ki, onların 41%-nin müvafiq sənədlərinin qaydasında olmadığından, üçdə birinin vaxtı ilə yaşı nikah yaşına çatmadığından, 26%-nin isə digər səbəblərdən VVAQ-larda qeydiyyata alınmamışdır.
      18 yaşa çatmayan və nikahda olan qadınların yarısından bir qədər çoxunun ilk peşə-ixtisas və ya tam orta, 45%-nin isə ümumi orta təhsili, 2%-nin ibtidai təhsili olub. Bununla belə, həmin qadınların 39%-i hesab edir ki, qadınların mütləq ali və ya orta ixtisas təhsili olmalıdır.
      Araşdırmaya əsasən, qadınların 89%-i hesab edir ki, qızların qaçırılma halları öz razılığı ilə baş verir, 11%-i isə zorakılıq yolu ilə həyata keçirilir. Rəyi soruşulanların 46%-i qaçırılma hallarının əsas səbəbini qızın valideynlərinin nikaha narazılığında, 39%-i qızın ailəsindəki maddi çətinliklərdə, 15%-i isə qızlar arasında maarifləndirmə səviyyəsinin aşağı olmasında görürlər.

       Qadınların 68%-nin, o cümlədən 18 yaşa qədər olanların 56%-nin erkən nikahın qadınların sağlamlığına ziyanı olmasından xəbərləri var.