суббота, 1 февраля 2014 г.

"Erkən nikah" barədə bəzi faktlar

·        Gənc ana namizədlərin (13-17yaş) orqanizmi fizioloji cəhətdən tam inkişaf etməmiş və hamiləliyə hazır olmadığı üçün həm gənc qadının həyatı üçün, həm də
dünyaya gələcək uşaq üçün çox təhlükəli ola bilir. Qüsurlu və ya tam inkişaf etməmiş (fiziki və əqli cəhətdən) övladın dünyaya gəlmə ehtimalı isə yüksək olur
·        Psixoloji cəhətdən tərəflər ailə həyatına tam hazır olmur, onun məsuliyyətinin və öhdəliklərinin altından çətinliklə qalxa bilir. Ailə həyatının onların azadlığını məhdudlaşdırdığını düşündükləri üçün bundan qaçmağa cəhd edirlər və bəzən bu boşanma üçün zəmin yaradan faktora çevrilə bilir
·        Erkən nikah qurmuş şəxslər adətən güclü maddi bazaya sahib olmurlar və bu səbəb  gənc ailələri maddi çətinliklərlə üz-üzə qalma riskini artırır
·        Bəzən yetkinlik yaşına xarakterik olan əks cinsə marağın və həvəsin məhəbbətlə səhv salma halları yaranır və oğlan öz ailəsini tezliklə ailə qurmağa səsləyir
·         Tam qərar vermək iqtidarı olmadığından valideynləri mütəmadi olaraq övladlarına dəstək olmağa cəhd edir və bu da ailələrin təbii-sosial inkişafını zədələmiş olur.
·        Erkən nikah qurmuş gənclərin hələ həm mənəvi, həm psixoloji cəhətdən inkişafı tamamlanmadığından gələcək övladlarına veriləcək tərbiyələrdə bəzən sonrakı illərdə düzəldilməsi çətin qüsurlara yol verilir

·        Erkən nikah quran qızlar, təhsilini davam etdirə bilmədiyindən gələcəkdə boşanma halları olarsa iş tapmaqda ciddi çətinliklərlə üzləşir. Eyni zamanda gələcək dünyaya gələcək uşaqlarının da təhsilinə kömək edə bilmirlər. Bu səbəblə uşağın gələcəyi ilə verilən bütün qərarlarında ya başqalarının fikirlərinə, ya da öz intuisiyalarına güvənməli olurlar. Bu da təəssüf ki, öz növbəsində gələcək nəsillər üçün çoxsaylı sosial problemlər zənciri yara